Inar Travel

Osmanlının üç paytaxtı

Əhali 77695904 nəfər

Sahə 783562 km2

Rəsmi dil türk

Turun qiyməti xxx

Osmanlının üç paytaxtı Uludağın şimal-qərb yamaclarında yerləşən Bursa, bütün il boyu yaşıllıqlarla əhatə olunur. Uludağın qarlı zirvəsinə qalxarkən, eyni anda bütün mövsümlərdə olmaq olar. Bursanın əsası eramızdan əvvəl II əsrdə Vifiniya çarı II Prusiyas tərəfindən, Prusa olaraq qoyulmuşdu. Şəhər Roma İmperiyası, sonradan isə Bizansın tərkibində olmuşdur. 10-illik mühasirənin sonunda, 1326-cı ildə Bursa Osmanlı türkləri tərəfindən fəth edilmişdi və Osmanlı dövlətinin birinci paytaxtı seçilmişdir.

Bursa
Ədirnə
İstanbul

Birinci gün. İstanbula enmə. Otelə yerləşmə. Nahar yeməyi. Qonaqların istəyindən asılı olaraq, İstanbulun gecə görüntüsünün açıldığı baxış meydançası da daxil olmaqla, gecə şəhərinə əlavə ekskursiya təşkil edilə bilər.

İkinci gün. Bursaya köçmə. “Zümrüd şəhəri”, “yaşıl Bursa” – əsrlər boyu şəhəri bu cür epitetlərlə mükafatlandırırdılar. Uludağın şimal-qərb yamaclarında yerləşən Bursa, bütün il boyu yaşıllıqlarla əhatə olunur. Uludağın qarlı zirvəsinə qalxarkən, eyni anda bütün mövsümlərdə olmaq olar. Bursanın əsası eramızdan əvvəl II əsrdə Vifiniya çarı II Prusiyas tərəfindən, Prusa olaraq qoyulmuşdu. Şəhər Roma İmperiyası, sonradan isə Bizansın tərkibində olmuşdur. 10-illik mühasirənin sonunda, 1326-cı ildə Bursa Osmanlı türkləri tərəfindən fəth edilmişdi və Osmanlı dövlətinin birinci paytaxtı seçilmişdir.

Ulu-Cami – Böyük Məscid – Bursanın ən böyük məscidi, erkən osmanlı arxitekturasının abidəsidir. Burada hələ də Səlcuq üslubu üstünlük təşkil edir. Məscid Sultan II Bəyazidin əmriylə arxitektor Əli Nəccər tərəfindən tikilmişdir (təxmini 1400-cü ildə). Məscidin əsas arxitektura özəlliyi ondan ibarətdir ki, tikili 4 cərgə, hərəsində 5 ədəd olmaqla, 20 günbəzdən ibarətdir. Rəvayətə görə, məscid 20 ədəd ayrı məscidlərin əvəzinə tikilmişdir; onları soltan Niqboldakı qələbəsindən sonra (1396-cı il) tikdirməyə söz vermişdi. Məscidin üzərindən iki minarə ucalır. Ənənəvi ornamentli rəsmlərlə yanaşı, məscidin iç bəzəyi, islam kalliqrafiyasının nümunəsini təşkil edən, 192 yazıdan ibarətdir.

“Yaşıl Məscid” XV əsrdə tikilmişdir. Binanın fasadı ağ mərmərlə örtülüdür, ibadət zalının divarları isə yaşıl fayansla qaplıdır (məscid öz adını məhz bundan ötəri almışdır). Mərkəzi fasad və ayna mərmər üzərində naxışla bəzədilmişdir. Əsas zalın qarşısında olan yerdə, mərmər fəvvarəli hovuz yerləşir. İç divarlar ərəb hörmə yazısı hərflərilə zəngin bəzədilmişdir və incə floral ornamentləri ilə yazılmışdırlar. Giriş qapısı incə işli, taxta üzərində naxışlarla bəzədilmişdir.

Bursa mətbəxi öz xüsusiyyətləri ilə məşhurdur. Siz bütün dünyada tanınmış yeməyi – İsgəndər kababını dadmaq imkanını əldə edəcəksiniz.

Qapalı bazar, ipək bazarı kimi ticarət sıralarını gördükdən sonra, siz orta əsrlərdən bəri tanınmış, Bursanın məşhur ipəklərini görəcəksiniz.

Osmanlı evinin muzeyi və Qaragöz muzeyi sizə Türkiyə tarixinin osmanlı dövrü üçün ənənəvi olan məişət və əyləncə mədəniyyəti haqda təsəvvür yaradacaqdırlar.

Üçüncü gün. Ədirnəyə köçmə sizə Gəlibolu – Frakiya Hersonesini – ilk dəfə Makedoniyalı İsgəndər vaxtında adı çəkilmiş yerə getmək imkanını yaradacaq. Şəhərin inkişafı Bizans imperiyası dövrünə təsadüf edir; o zaman Gəlibolu iri ticari mərkəzə çevrildi. Gəlibolu Frakiyanın taleyini tam şəkildə bölüşdü. Bu torpağın hökmdar və padşahları, habelə burada məskunlaşan xalqlar tez-tez dəyişirdi. 1354-cü ildə şəhər türk-osmanlıları tərəfindən fəth edilmişdi.

Rusiya tarixində Gəlibolu ilə bağlı faciəli səhifə mövcuddur. Gəlibolu oturacağı – tarixçilər 1920-1921-ci illərdə general A.P. Kutepovun Birinci ordu korpusunun yunan şəhəri (o vaxtlar) Qallipolinin ətrafında yerləşmə dövrünü məhz bu cür adlandırıblar. 1920-ci ilin payızında ordu köhnə yarımdağılmış kazarma və çadırlarda mənzilləşdirilmişdi. Kütləvi xəstəliklər yayıldı; onların nəticəsində 342 insan həyatını dəyişdi. 16 iyul 1921-ci ildə, Texniki alayın kiçik leytenantı N.N. Akatyevin layihəsi əsasında, rus qəbiristanlığın ərazisində abidə salınmışdı. Abidə 1949-cu ildə baş vermiş zəlzələ nəticəsində dağılmlşdır. Bu gün Gəliboluda 2008-ci ildə bərpa edilmiş, inqilabın öz doğma Vətənlərini tərk etməyə məcbur edən və özgə diyarda həyatda qala bilməyən rusların şərəfinə tikilmiş abidə yüksəlir.

Ədirnə- Adrianopol – Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan ilə sərhəddə yerləşən qədim Frakiya qəsəbəsinin yerində imperator Adrian tərəfindən əsası qoyulmuş bir şəhərdir. Özünün iki min ildən artıq tarixi boyu, şəhər, adını dəyişərək, bir işğalçının əlindən digər işğalçının əlinə keçirdi, lakin gözəlliyini və əzəmətini daima qoruyub saxlamağa müvəffəq olmuşdur. Əlverişli coğrafi yerləşmə və qədim Frakiyanın təkrarolunmaz təbiəti onu əsrlər boyu nifaq mövzusuna çevirmişdi.

İlk dəfə Ədirnə Osmanlı dövlətinin tərkibinə 1362-ci ildə daxil olmuşdu. 1365-1453-cü illərdə Ədirnə Osmanlı imperiyasının paytaxtı olmuşdur.

Şəhərin üzərində yüksələrək, yüksək təpənin üzərində Səlimiyyə Məscidi (II Səlim) yerləşir – memar Sinanın böyük yaradıcılığı, klassik məscidin etalonu və bariz nümunəsi, islam arxitekturasının zirvəsi, YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş bir möhtəşəm tikili. Məbədi kompleksə, məscidin ətrafında yerləşən xəstəxana, məktəb, kitabxana və hamamlar, həmçinin, Hədislər evi və keşikçi otaqları daxildir.

Osmanlı imperiyasının ikinci paytaxtında olma ilə bağlı xoş təəssüratlarınız ənənəvi türk mətbəxi restoranına getməklə daha da artacaqdır. Burada siz köhnə osmanlı resepti ilə hazırlanmış, məşhur köftələrdən dada biləcəksiniz.

Sultan II Bəyazidin məscidi və müasir turistlərin Tibbi Muzey kimi də tanıdığı məkan XV əsrdə tikilmişdi. O zamanların məscidlərinə xas olan ənənəvi kompleksdən yanaşı, II Bəyazid məscidinin daxilində həmçinin ruhi xəstələr üçün xəstəxana, həkimlər məktəbi və  dərman və təbabətlərin hazırlandığı emalatxana da var.

Şəhərin ən qədim məscidi olan Eski Cami (1403-cü ildə tikilmişdir) məscidini ziyarət etdikdə, siz köhnə küçələrdə gəzmək imkanını əldə edəcək, və Kırkpınar çəmənliyinə qədər çata biləcəksiniz. Burada 500 il əvvəl olduğu kimi indi də ənənəvi yağda güləş yarışları keçirilir.

Memar Sinanın layihəsi əsasında tikilmiş, orta əsr qapalı bazarı olan Səmiz-Əli-paşa bazarı Ədirnənin orta əsrlərdə ticarətdə tutduğu yer haqda təsəvvür yaradır. Bina 1992-ci ildə baş vermiş yanğın nəticəsində ciddi zərər almışdı. Bərpa işləri hələ yekunlaşmamış olsa da, qarşınıza çıxacaq görüntü memarın dahiliyini bir dəfə də sübut edəcəkdir. Bazarın şimali girişinin qarşısında Kule Qapısı yüksəlir – Bizans zamanlarına aid şəhər divarlarından qalmış yeganə hissəcik. Nahar yeməyindən sonra, axşam şəhərində gəzmək imkanı yaranır. Həmçinin türk mədəniyyəti ilə tanış olma XV əsrə aid hamamı ziyarət etməklə davam edə bilər.

Dördüncü gün. İstanbula köçmə. İstanbulla tanışlıq şəhərin tarixi mərkəzi, Sultanahmet rayonu ilə başlayır. Sultanahmet – Köhnə şəhər – İstanbulun ən vacib görməli yerlərin yerləşdiyi rayondur: Müqəddəs Sofiya Kilsəsi, Cıdır meydanı, Göy Məscid, yeraltı su anbarı (Bazilika sisterni). Qızıl Buynuzun Mərmər dənizi ilə birləşdiyi yerdə, İstanbulun mərkəzində, Tanrı Müdrikliyinin məbədi olan Müqəddəs Sofiya Kilsəsi ucalır. Konstantinopollu Müqəddəs Sofiya – Aya-Sofya – keçmiş patriarx pravoslav kilsəsi, sonradan – məscid, indi isə – muzey kimi fəaliyyət göstərir. Konstantinopollu Müqəddəs Sofiya kilsəsi, Romadakı Müqəddəs Pyotr Kilsəsi tikilənədək 1000 ildən artıq xristian dünyasının ən böyük məbədi olmuşdur. Məbədə girər-girməz, onun gözəlliyi və əzəməti insanı heyrətləndirir. Müqəddəs Sofiya Kilsəsi – Bizans memarlığının dünyaca tanınmış abidəsidir. Canlı şahidlərin sözlərinə görə, imperator I Yustinianın dövründə tikilmiş məbəd, “… gəminin dəniz dalğalar üzərindəki hökmranlığı kimi, şəhər üzərində hökm sürürdü”. Məbədin bəzəyi cah-calalla heyrətləndirir: qızıl mozaikalar, malaxit və porfir sütunlar, qızılı kapitellərlə bəzədilmiş və iki gümüşü sütunların dəstək olduğu qızıl ikonostas. Zaman və insanlar məbədə rəhm etməyib. Kilsənin IV Səlib Yürüşü zamanı səliblər tərəfindən talan edilməsi, 1453-cü ildə Konstantinopolun Osmanlılar tərəfindən fəth edilməsi və kilsənin məscidə çevrilməsi Müqəddəs Sofiyanın simasını dəyişdirdi.

Müasir Cıdır (İppodrom) Meydanı keçmiş roma ippodromunun yerində yerləşir; burada qladiator və araba yarışları keçirilirdi. Osmanlı dövründə meydan təntənəli toy mərasimlərinin, saray tədbirlərinin və yarmarkalarının keçirildiyi yer olub.

Bazilika Sisterni – imperator I Yustinian zamanında tikilmiş, Bizans dövrünə aid su anbarlarından biridir. Su anbarının tikintisində dağıdılmış bütpərəst məbədlərinə aid yüzlərcə sütun istifadə olunmuşdu. Sistern, şəhərin uzun müddətli mühasirəsi halında içməli su anbarı qismində xidmət göstərmişdir. Sisterndə bu gün də içməli su saxlanılır.

Göy Məscid – Sultan Əhməd məscidi – İstanbulun simvollarında sayılır. Qeyri-rəsmi “göy” ismini məscid daxili bəzəmədə istifadə olunmuş göy rəngli plitkalara borcludur.

Misir Bazarı İstanbulun ikinci ən böyük bazarıdır. “Misir Bazarı” adı osmanlı dövrünə aiddir; o zaman Misirdən İstanbula ədviyyatlar gətirilib bu bazarda satılırdı. Bazar 1660-cı ildə, yaxınlıqda yerləşən Yeni Məscidin (Rüstəm Paşa məscidi) tikintisinin bitirlməsi üçün lazım olan vəsaitin toplanmasından ötəri tikilmişdi.

Bosforda gəzintidən başqa daha mənzərəli ekskursiyanı təsəvvür etmək olduqca çətindir. Bu, dünyanın iki ayrı qitəsində yerləşən İstanbula qıraqdan baxmaq imkanını yaradır və bir baxışla bütün şəhər mənzərəsini əhatə etmək və onun təkrarolunmazlığını dərk etməyə imkan verir.