Inar Travel

Sürix

Əhali 8211700 nəfər

Sahə 41285 km2

Rəsmi dil Alman, Fransız, İtalyan

Turun qiyməti xxx

Sürix Sürixdə piyada marşrutları, əlbəttə, rəngarəngdir. Bunlardan birini təqdim edirik: Mərkəzi vağzaldan təmtəraqlı Banhofştrasse ilə gedirik. Bu küçə çoxsaylı mağazaları ilə məşhurdur. Burada xəzlər, saat, zərgərlik bəzək əşyaları və məşhur dizaynerlərin hər bir zövqə uyğun məmulatları satılır. Pestalossinin heykəlinin önündə dayanır və Parad meydanı ilə addımlayırıq. Burada isə İsveçrənin iki əsas bankı – “UBS” və “Credit Suisse” yerləşir. Bu meydanda həmçinin qədim baqqaliyyə olan Şprünqli və “Arsenal” milli mətbəx restoranı yerləşir.

Sürix
Sürix
Sürix

Sürixdə piyada marşrutları, əlbəttə, rəngarəngdir. Bunlardan birini təqdim edirik: Mərkəzi vağzaldan təmtəraqlı Banhofştrasse ilə gedirik. Bu küçə çoxsaylı mağazaları ilə məşhurdur. Burada xəzlər, saat, zərgərlik bəzək əşyaları və məşhur dizaynerlərin hər bir zövqə uyğun məmulatları satılır. Pestalossinin heykəlinin önündə dayanır və Parad meydanı ilə addımlayırıq. Burada isə İsveçrənin iki əsas bankı – “UBS” və “Credit Suisse” yerləşir. Bu meydanda həmçinin qədim baqqaliyyə olan Şprünqli və “Arsenal” milli mətbəx restoranı yerləşir.

Parad meydanından Fraumünster kilsəsinə gedirik. Bu kilsə vaxtilə ən məşhur qadın monastırlarından biri olub. Buradakı inanılmaz gözəlliyə malik şəbəkələr 1970-ci ildə Mark Şaqal tərəfindən yaradılmışdır. Daha sonra biz şəhərin əsas kilsəsini — Qrossmünsteri ziyarət edirik. O, XII əsrdə tikilmişdir. Kilsənin qüllələrinin birində yerləşən seyr meydançasına qalxırıq… Buradan möhtəşəm mənzərə açılır…

Daha sonra şəhərin qədim hissəsinə gedirik. Burada izi orta əsrlərə aparan binalar qorunub saxlanır. Bu, Niderdorf məhəlləsidir — piyada keçidi, qotik üslubda ensiz evlərlə tikili mənzərəli döngələri olan tarixi mərkəzdir. Bu dar evlərdə un məmulatları, baqqaliyyə və əntiq əşyalar dükanları yerləşir. Sonra Güzgülü küçə ilə Leninin evinə doğru gedirik – “Rus inqilabı İsveçrədə hazırlanmışdı” ifadəsinin düzgün olduğuna burada əmin olacağıq.

Limmatın sol sahilinə qayıtdıqdan sonra biz şərab bazarı meydanını görəcəyik. Meydanda “Leyləyin yanında” adlı gözəl mehmanxana mövcuddur. Sizə nə vaxtsa bu otelin damında yuva qurmuş leyləklərin qəmli hekayəsi barədə danışacaqlar. Sonra kiçik Termenqasse küçəsi ilə xüsusi qəfəs şəkilli yolla qalxırıq — aşağıda Roma termalarının qazıntılarını görürük! Sonra Müqəddəs Pyotr kilsəsinə yaxınlaşırıq. Kilsə o qədər də hündür olmayan təpənin zirvəsində yüksəlir. 1538-ci ildə burada Avropanın ən böyük — diametri 8,7 metr olan siferblatlı saatı quraşdırılmışdır. Bəxtimiz gətirsə, qədim orqan musiqisinin səsini eşidəcəyik. Daha sonra əyri-üyrü yollar bizi Cökə təpəsinə gətirib çıxaracaq: Limmat çayı, Sürix universiteti və Ali texniki məktəb, protestantlığın rəmzi – Qrossmünster kilsəsi və Qadına məhəbbət kilsəsi.

Sizin arzunuza müvafiq olaraq, Sürix muzeylərini ziyarət edəcəyik. Bunlardan ən məşhurları — İsveçrə milli muzeyi, Kunsthauz, Bədii sənət muzeyi, kukla muzeyi, qəhvə muzeyi… Axşam isə rəsm qalereyasını və yaxud da məşhur opera teatrını ziyarət etmək mümkündür.