Müxtəlif mədəniyyətlərin, dillərin, adət və ənənələrin qonşu olduğu bu ecazkar və unikal ölkə ilə ilk tanışlıq üçün ideal marşrut
1-ci gün (şənbə) – SÜRİX
Sürixə uçuş. Hava limanında qarşılanma. Axşam asudə vaxt.
2 ci gün (bazar)
SÜRİX – ŞTAYN-AM-RAYN – REYN ŞƏLALƏSİ
Ştayn-am-Raynə transfer. Ştayn-am-Rayndə gəzinti (Almaniya ilə sərhəddə yerləşən orta əsrlər şəhəri ), Avropanın ən böyük şəlaləsi Raynfalda fasilə (şəlaləyə giriş bileti turun qiymətinə daxildir). Reyn çayının sol sahilində Şafhauzen şəhəri yerləşir. Şəhər məhz şəlaləyə görə yaranıb və sahildən görünür.
Əlavə olaraq yerli şərabdan dadmaq imkanını verən Lixtenşteyn knyazlığına səyahət. Bütün Avropanın ziyarətgah yeri – Aynzideln şəhərciyindəki “Qara Madonna”nın yerləşdiyi monastıra ekskursiya. Biz barokko üslubunda inşa edilmiş dünya memarlıq şedevrini (XV əsr kilsəsi) ziyarət edəcəyik və müalicəvi sudan içə biləcəyik. Axşam asudə vaxt
3-cü gün (bazar ertəsi) – SÜRİX – LÜSERN – İNTERLAKEN
Oteldə səhər yeməyi.
Lüsernə transfer. İnterlakenə transfer. İnterlakenə çatdıqda şəhərdə gəzinti. “Kirxxofer” mağazasında 15% endirimlə saatlar və suvenirlər almaq imkanı.
Oteldə yerləşmə. Yerləşmədən sonra bələdçi 15 dəqiqə ərzində otelin salonunda gözləyəcək.
Axşam asudə vaxt.
4-cü gün (çərşənbə axşamı) – İNTERLAKEN – YUNQFRAUYOH – İNTERLAKEN
Oteldə səhər yeməyi. Sərbəst gün.
İstəyinizdən asılı olaraq – dağlara əlavə ekskursiya (qış və yay aylarında mümkündür). Və ya:
Bazelə əlavə səyahət (qış və yay aylarında mümkündür). Yalnız yayda: Alpa getməyənlər üçün Brins gölü və şəlalələr vadisinə əlavə səyahət. Siz Konan Doylın Şerlok Holmsın ölüm yeri kimi məşhurlaşdırdığı Reyxenbah şəlaləsini görəcəksiniz və həmçinin İsveçrənin ən yüksək Ştaubbax şəlaləsini görəcəksiniz və Avropada dağın daxilində yerləşən yeganə ziyarət oluna bilə Trumelbax şəlaləsinə qalxacaqsınız.
5-ci gün (çərşənbə) – İNTERLAKEN – BERN – QRUYER – MONTRÖ
Oteldə səhər yeməyi. Bernə transfer.
Bern şəhərinin tarixi mərkəzi boyunca ekskursiyalar: Ayı Çuxuru, Saat Qülləsi, Hökumət Evi, qədim şəhərin arkadaları və s. Qruyerə transfer. Qruyer qəsrinin yerləşdiyi orta əsrlər kəndində gəzinti. Fondü – milli yeməyi dadmaq və təzə İsveçrə pendiri almaq imkanı. Əlavə olaraq Brok şokolad fabrikinə səyahət. Montrö şəhərinə transfer. Oteldə yerləşmə. Yerləşmədən sonra bələdçi 15 dəqiqə ərzində otelin salonunda gözləyəcək. Axşam asudə vaxt*
6-cı gün (Cümə axşamı) – Montrö
“Lavel – Les – Bains” termal mərkəzinə əlavə səyahət və ya istəkdən asılı olaraq Fransaya əlavə səyahət –rusdilli bələdçi ilə Ansi, İvuar (yay aylarında) – Ansi, Şamoni, Mon Blan (qış aylarında).
7-ci gün (cümə) – MONTRÖ – LOZANNA – CENEVRƏ
Oteldə səhər yeməyi. İsveçrə rivyerasına səfər.
Şilyon qəsrini ziyarət (Şalyon qəsrinə giriş bileti turun qiymətinə daxildir). Çarlı Çaplinin yaşadığı və dəfn olunduğu Veve şəhərinə transfer. Lozannaya transfer. Lozanna şəhərinin gözəl mənzərəli sahilində, Olimpiya muzeyi və Olimpiya parkı ətrafında kiçik fasilə. Cenevrəyə çatdıqda beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi rayon, Cenevrə fəvvarəsi, Gül saatı, Qızılgül bağı, qədim şəhər, Reformatorlar divarı və s. məkanlara baxış daxil olmaqla şəhərin geniş ekskursiyası. Oteldə yerləşmə. Yerləşmədən sonra bələdçi 15 dəqiqə ərzində otelin salonunda gözləyəcək. Axşam asudə vaxt.
8-ci gün (şənbə) – CENEVRƏ
Hava limanına transfer.
Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 1170 AZN təşkil edir.
Qiymətə daxildir:
- Oteldə yerləşmə (səhər yeməyi daxil)
- Proqram üzrə bütün transferlər
- Ekskursiyalar
- Rusdilli bələdçi
- Tibbi sığorta
Qiymətə daxil deyil:
- Aviabilet
- Konsulluq haqqı