Inar Travel

Əzəmətli Lissabon və Porto

Əhali 10427301 nəfər

Sahə 92212 km2

Rəsmi dil portuqal

Turun qiyməti 550

Əzəmətli Lissabon və Porto Siz şəhərin ən tanınmış abidələrini görəcəksiniz : məşhur Jeronimuş Monastırı və Vasko de Qamanın məqbərəsi, Belen Qalası - Lissabonun simvolu (UNESCO-nun Ümumdünya irs siyahısına daxildir) . Eduard VII Parkında seyr meydançasından möhtəşəm şəhər mənzərəsi. Şəhərin ürəyi – Azadlıq Prospekti və Bayşa. Ekskursiyadan sonra şəhərdə və ya Ekspo rayonunda qalmaq olar; burada siz Lissabonun məşhur okeanariumuna da baş çəkə bilərsiniz.

Lissabon
Porto

1-ci gün: Lissabona gəliş və otelə transfer.

Lissabonun aeroportuna eniş. 4* otelə transfer və yerləşmə (14:00-dan sonra). Turistlər Lissabonda görüş zamanı 4 saatlıq ekskursiyanın nə vaxt olacağı barədə məlumat əldə ediəcək.

Ekskursiyanın təsviri: 4 saatlıq Lissabon ekskursiyası

Siz şəhərin ən tanınmış abidələrini görəcəksiniz : məşhur Jeronimuş Monastırı və Vasko de Qamanın  məqbərəsi,  Belen Qalası –  Lissabonun simvolu (UNESCO-nun Ümumdünya irs siyahısına daxildir) . Eduard VII Parkında seyr meydançasından möhtəşəm şəhər mənzərəsi. Şəhərin ürəyi – Azadlıq Prospekti və Bayşa. Ekskursiyadan sonra şəhərdə və ya Ekspo rayonunda qalmaq olar; burada siz Lissabonun məşhur okeanariumuna da baş çəkə bilərsiniz.

2 -4-cü günlər : Azad günlər (dincəlmək və ya alış-veriş üçün) və yaxud əlavə ödəniş müqabilində ekskursiya.

Oteldə səhər yeməyi. Azad gün (gəzişmək və ya alış-veriş etmək üçün).

5-ci gün :  Porto

Portoya yola düşmə (qatarla və ya avtobusla; qrup  yığımından asılıdır). Otelə müstəqil transfer. Şəhərdə gəzintili ekskursiya oteldən başlayır. Portveyn istehsalçısının şərab anbarına səfər (3 növ portveyn dequstasiyası ilə).

6-cı gün :  Azad gün (gəzişmək və ya alış-veriş etmək üçün) və yaxud əlavə ödəniş müqabilində ekskursiya .

7-ci gün :  Mağaralar – Batalya, Nazare və Obiduş

Oteldə səhər yeməyi. Portuqaliyanın ən böyük Mira de Ayre mağarasına səfər. Portuqaliyanın “orta əsr incisi” Batalya Monastırına səfər – Portuqaliyanın qotik memarlığına aid olan bu şah əsər UNESCO tərəfindən Bəşəri İrs kimi təsnif olunub. Nazare mağarasına tərəf hərəkət edirik. Nazare həmçinin Atlantik sahilində yerləşən bir balıq şəhəridir . Nahar: Nazarenin okean mənzərəli resotranında şəhərin məşhur yeməyi. Dar küçəli və qala divarları ilə əhatə olunan orta əsr şəhəri olan Obiduşda dayanacaq. Şəhərdə gəzinti və yerli mağazalardan suvenirlər almaq üçün asudə vaxt. Lissabona dönüş.

8-ci gün : Lissabona qayıdış

Lissabona Portodan qatarla və ya avtobusla müstəqil dönüş. Lissabonda vağzalda qarşılanma, Lissabonun otelinə transfer.

9-cu gün Azad gün (gəzişmək və ya alış-veriş etmək üçün) və aeroporta transfer .

Portuqaliya turunun qiymətinə daxildir:

  • transfer – aeroportdan və aeroporta;
  • ekskursiya proqramı üçün komfortlu nəqliyyat
  • ekskursiya proqramı üçün peşəkar rusdilli bələdçi
  • seçilmiş kateqoriya üzrə otellərdə yerləşmə (səhər yeməyi daxil);
  • avtobusa və ya qatara bilet (Portoya və Portodan) .

Əlavə ödənilir:

  • proqram üzrə saraylara və muzeylərə giriş biletləri
  • aviauçuş

Proqramın qiyməti – adambaşı 550 AZN-dən başlayaraq.