1-ci gün.
Soltanların sarayı-Topqapıdan ideal gəzintimizin başlanmasını təklif edirik. Saray kompleksi İstanbul yarımadasının ən kənar hissəsində yerləşib; yarımada hər tərəfdən Bosfor və Mərmərə dənizinin suları ilə əhatə olunub. Hələ sarayın girişində çox əsrlik gözəllik hiss olunur – qədim ağaclar və sarayı hər tərəfdən əhatə edən möhkəm divarlar. Təqribən 400 il şəhər içində bu şəhər Sultanların iqamətgahı olub. Hal hazırda burada- çoxlu zalları, xəzinələr, silah-sursat yeri, məscidlər və soltanların toxunduğu hər bir məkanı görmək olar. Saray kompleksinin daxilində müxtəlif şahların göndərdiyi qiymətli hədiyyələri, zəngin geyimləri, silahları və o cümlədən qədim incəsənət əsəri olan saray divarlarını görmək olar. İslam otaqlarında duaların səsi altında Peyğəmbərə və onun ailəsinə məxsus əşyaları görmək olar. Burda hərəm kompleksini də görmək olar. Bu kompleks Sultan I Süleymanın kənizi Roksalananın xahişi ilə tikilmişdir. Bu «qadınlar aləmini» sultanın anası- Validə Sultan idarə edirdi. 100 illərlə bu hərəm sirr olaraq qalib; lakin indi bütün dünya onun haqqında xəbərdardır.
Növbəti tarixi abidə Rüstəm-Paşa məscididir. Bu məscid Möhtəşəm Sultan Süleymanın bacısının həyat yoldaşı və vəziri Rüstəm paşanın xatirəsinə belə adlandırılıb. Vaxtı ikən Rüstəm-Paşa bu məscidin tikintisini təşkil edib. Bu məscid öz dövrünün ünlü memarı olan Memar Sinan tərəfindən inşa olunub. Rüstəm-Paşa məscidi Eminönü adlı tarixi rayonda yerləşir. Sinan tikintidə çini plitələrdən istifadə edib; onlar Osman incəsənətinin bariz nümunəsidir. Məscid günbəzə qədər güllü və mavi rəngli ornamentli plitələrlə örtülüb. Məscidin dəhlizləri, sütunları, otaqları, fəvvarəsi və bütün memarlıq elementləri məscidi qeyri adi edir. Saray və məscidlərin gəzintisindən sonra, yolumuz Bosfor boğazındır. Bosfor sanki bir körpüdür; o, qədim dünyanı müasir zamanla birləşdirir. Onun sahilləri bir-birinə baxan Avropa və Asiyadır. Bosfor tərcümədə «Öküz keçidi» deməkdir. Boğaz adını qədim Yunan əfsanəsindən alıb. Əfsanəyə görə Zevs tərəfindən ağ inəyə çevrilmiş gözəl İo Heranın zülmündən qaçarkən, Bosforu üzüb keçmişdir.
Bosforda gəzinti həqiqətdən unudulmazdır. Onun sahillərində saraylar, məscidlər, Osmanlı dövrünün evləri və müasir binalar yerləşir. Boğazda qədim yelkənli Ameriqo Vespuççi gəmisini də görmək olar. Avropa və Asiyanı birləşdirən nəhəng körpü insanın yaddaşında silinməz izlər həkk edir. Boğazın ən dar hissəsinin müxtəlif sahilində yerləşən iki qəsr Konstantinopolun fəthinin şahidləridir .
Növbəti gəzintimiz Bosfordan sonra İstanbulun ən böyük məscidi olan və Memar Sinan tərəfindən inşa edilmiş Süleymaniyədir. Bu məscid Sultan I Süleymanın əmri ilə tikilib. Memar Sinan bu məscidi Aya-Sofyanın gözəlliyindən ilham alaraq yaratmışdır. Süleymaniyə təkcə dini məkan deyil; o, həm də bir şəhər məhəlləsini tutan kompleks tikintidir. Bu kompleksə mədrəsə, hamamlar, kimsəsizlər evi, xəstəxana və qonaqlar üçün karvansara daxildir. Bu karvansaraya gələn qonaqları üç gün müddətində pulsuz qida ilə təmin olunurdu. Məscidin binası zəlzələyə davamlıdır: tikili böyük ölçülərə malikdir və 500 il ərzində dəfələrlə baş verən zəlzələlərdən heç bir zədə almayıb. Memar Sinan demişdir: «Bu məscid əbədi qalacaq». Süleymaniyənin tikintisi ilə çoxlu əfsanələr mövcuddur. Məsçidin arxasında qəbiristanlıq yerləşir. Burada Sultan I Süleyman, onun sevimli xanımı, pravoslav keşişinin qızı Roksalana və Memar Sinan dəfn olunub.
Növbəti məscid Memar Sinanın İstanbulda tikdiyi ilk binadır. Bu məscid də Sultan Süleymanın əmri ilə tikilmiş və gənc ikən xəstəlikdən vəfat etmiş oğlu şahzadə Mehmetə həsr olunmuşdur. Məscid “Şahzadə” adlanır. Məscidin arxitekturası zahirən Aya-Sofya ehramını xatırladır. Şahzadə məscidi su ilə dolu özül üzərində durur. Məscid sanki göyə yüksəlir… Bunu binanın ağ daşları, pəncərələri , həmçinin oxvari və göyə doğru yönəlmiş tağları və taxçaları verir. Məscidin interyeri qranit sütunlar ilə bəzədilib. Çoxlu pəncərələr və açıq rənglər uçan günbəz illüziyasını verir. Məscidin qəbiristanlığında şahzadə Mehmetin, kiçik qardaşı şahzadə Cahangirin və iki dahi vəzir Rüstəm-Paşa və Mustafa Dəstəri-Paşanın türbələri yerləşir.
Bununla birinci günün ekskursiyası başa çatır.