Inar Travel

Möhtəşəm yüzillik

Əhali 77695904 nəfər

Sahə 783562 km2

Rəsmi dil türk

Turun qiyməti xxx

Möhtəşəm yüzillik İstanbul möhtəşəmdir! Bu hissləri hər kəs duymalıdır. Bu şəhər təkrarolunmazdır və həmişəlik xatirələrdə qalacaq. İstanbul tarixinin yaranmasında müxtəlif xalqlar, müxtəlif mədəniyyətlər və qeyri adi qəhrəmanlar iştirak edib. Hər bir dalan və hər bir məhəllə qədim İstanbulun tarixində öz izini qoyub. Burada hər şey əhəmiyyətlidir. Şəhərin ümumi mənzərəsi mozaikaya bənzəyir.

Aya Sofiya
Göy məscid
Süleymaniyə məscidi

1-ci gün.

Soltanların sarayı-Topqapıdan ideal gəzintimizin başlanmasını təklif edirik. Saray kompleksi İstanbul yarımadasının ən kənar hissəsində yerləşib; yarımada hər tərəfdən Bosfor və Mərmərə dənizinin suları ilə əhatə olunub. Hələ sarayın girişində çox əsrlik gözəllik hiss olunur – qədim ağaclar və sarayı hər tərəfdən əhatə edən möhkəm divarlar. Təqribən 400 il şəhər içində bu şəhər Sultanların iqamətgahı olub. Hal hazırda burada- çoxlu zalları, xəzinələr, silah-sursat yeri, məscidlər və soltanların toxunduğu hər bir məkanı görmək olar. Saray kompleksinin daxilində müxtəlif şahların göndərdiyi qiymətli hədiyyələri, zəngin geyimləri, silahları və o cümlədən qədim incəsənət əsəri olan saray divarlarını görmək olar. İslam otaqlarında duaların səsi altında Peyğəmbərə və onun ailəsinə məxsus əşyaları görmək olar. Burda hərəm kompleksini də görmək olar. Bu kompleks Sultan I Süleymanın kənizi Roksalananın xahişi ilə tikilmişdir.  Bu «qadınlar aləmini» sultanın anası- Validə Sultan idarə edirdi. 100 illərlə bu hərəm sirr olaraq qalib; lakin indi bütün dünya onun haqqında xəbərdardır.

Növbəti tarixi abidə Rüstəm-Paşa məscididir. Bu məscid Möhtəşəm Sultan Süleymanın bacısının həyat yoldaşı və vəziri Rüstəm paşanın xatirəsinə belə adlandırılıb.  Vaxtı ikən Rüstəm-Paşa bu məscidin tikintisini təşkil edib. Bu məscid öz dövrünün ünlü memarı olan Memar Sinan tərəfindən inşa olunub. Rüstəm-Paşa məscidi Eminönü adlı tarixi rayonda yerləşir. Sinan tikintidə çini plitələrdən istifadə edib; onlar Osman incəsənətinin bariz nümunəsidir. Məscid günbəzə qədər güllü və mavi rəngli ornamentli plitələrlə örtülüb. Məscidin dəhlizləri, sütunları, otaqları, fəvvarəsi və bütün memarlıq elementləri məscidi qeyri adi edir. Saray və məscidlərin gəzintisindən sonra, yolumuz Bosfor boğazındır. Bosfor sanki bir körpüdür; o, qədim dünyanı müasir zamanla birləşdirir. Onun sahilləri bir-birinə baxan Avropa və Asiyadır. Bosfor tərcümədə «Öküz keçidi» deməkdir. Boğaz adını qədim Yunan əfsanəsindən alıb. Əfsanəyə görə Zevs tərəfindən ağ inəyə çevrilmiş gözəl İo Heranın zülmündən qaçarkən, Bosforu üzüb keçmişdir.

Bosforda gəzinti həqiqətdən unudulmazdır. Onun sahillərində saraylar, məscidlər, Osmanlı dövrünün evləri və müasir binalar yerləşir. Boğazda qədim yelkənli Ameriqo Vespuççi gəmisini də görmək olar. Avropa və Asiyanı birləşdirən nəhəng körpü insanın yaddaşında silinməz izlər həkk edir. Boğazın ən dar hissəsinin müxtəlif sahilində yerləşən iki qəsr Konstantinopolun fəthinin şahidləridir .

Növbəti gəzintimiz Bosfordan sonra İstanbulun ən böyük məscidi olan və Memar Sinan tərəfindən inşa edilmiş Süleymaniyədir. Bu məscid Sultan I Süleymanın əmri ilə tikilib. Memar Sinan bu məscidi Aya-Sofyanın gözəlliyindən ilham alaraq yaratmışdır. Süleymaniyə təkcə dini məkan deyil; o, həm də bir şəhər məhəlləsini tutan kompleks tikintidir. Bu kompleksə mədrəsə, hamamlar, kimsəsizlər evi, xəstəxana və qonaqlar üçün karvansara daxildir. Bu karvansaraya gələn qonaqları üç gün müddətində pulsuz qida ilə təmin olunurdu. Məscidin binası zəlzələyə davamlıdır: tikili böyük ölçülərə malikdir və 500 il ərzində  dəfələrlə baş verən zəlzələlərdən heç bir zədə almayıb. Memar Sinan demişdir: «Bu məscid əbədi qalacaq». Süleymaniyənin tikintisi ilə çoxlu əfsanələr mövcuddur. Məsçidin arxasında  qəbiristanlıq yerləşir. Burada Sultan I Süleyman, onun sevimli xanımı, pravoslav keşişinin qızı Roksalana və Memar Sinan dəfn olunub.

Növbəti məscid Memar Sinanın İstanbulda tikdiyi ilk binadır. Bu məscid də Sultan Süleymanın əmri ilə tikilmiş və gənc ikən xəstəlikdən vəfat etmiş oğlu şahzadə Mehmetə həsr olunmuşdur. Məscid “Şahzadə” adlanır. Məscidin arxitekturası zahirən Aya-Sofya ehramını xatırladır. Şahzadə məscidi su ilə dolu özül üzərində durur. Məscid sanki göyə yüksəlir…  Bunu binanın ağ daşları, pəncərələri , həmçinin oxvari və göyə doğru yönəlmiş tağları və taxçaları verir. Məscidin interyeri qranit sütunlar ilə bəzədilib. Çoxlu pəncərələr və açıq rənglər uçan günbəz illüziyasını verir.  Məscidin qəbiristanlığında şahzadə Mehmetin, kiçik qardaşı şahzadə Cahangirin və iki dahi vəzir Rüstəm-Paşa və Mustafa Dəstəri-Paşanın türbələri yerləşir.

Bununla birinci günün ekskursiyası başa çatır.

2-ci gün.

İkinci günün ekskursiyası İstanbulun tarixi mərkəzləri ilə tanışlıqdan başlayır. Gəzintimizi Cıdır Meydanı «Əhmədiyyədən» başlıyıq. Bu meydan eramızdan əvvəl 203-ci ildə romalılar tərəfindən tikilməyə başlayıb; həmin dövrdə şəhər hələ də Bizans adlandırılırmış. Eramızın IV əsrində imperator Konstantinin hakimiyyəti vaxtı cıdır meydanının tikintisi sona çatmışdır.  Məşhur Venesiyan kvadriqası XIII əsrdə məhz Konstantinopol cıdırından gətirilmişdir. Burada keçirilən idman oyunları və qladiator döyüşləri dəfələrlə azarkeşlərin kütləvi iğtişaşlarına səbəb olub. Osmanlıların dövründə cıdırdan ancaq milli bayramlarda, şənliklərdə və bazar və yarmarkalarda istifadə olunub. Bizans imperatorunun vaxtında bu meydanda qiymətli, tarixi abidələr yerləşdirilmişdi; onlardan bəziləri hələ də bizim dövrə qədər qorunub saxlanılmışdır: IV əsrdə imperator Feodosiyin əmri ilə gətirilmiş firon II Tutmosun yürüşlərini və əməllərini təsvir edən Misir (Luksor) Obeliski, Konstantinin Obeliski (dəyişikliklərə məruz qalaraq qızılı örtüyünü tam olaraq itirmişdir), İlanlı sütun, Delfalı Apollonun məbədindən gətirilmiş fəvvarə və s. Sonralar meydanda alman kayzeri III Vilhelm tərəfindən hədiyyə olunmuş fəvvarə quraşdırılmışdır.  Fəvvarə qızılı gümbəzlidir və daxili divarları rəngarəng naxışlar ilə bəzədilib.

Əhmədiyyə meydanından bir az aralı qeyri-adiliyi və əzəmətliliyi ilə seçilməyən binanın altında Yerebatan yeraltı su hövzəsi (bazilika hövzəsi) yerləşir. Pilləkənlər ilə aşağı düşərək, biz qeyri-adi məkana daxil oluruq. Su hövzəsi yunanlar tərəfindən tikilmişdir və minilliklər  ərzində istifadə olunmuşdur, lakin sonradan 500 ilə yaxındır ki istifadəsiz və baxımsız qalmışdır. Hal-hazırda hövzənin suyunda şəffaf balıqlar üzür. Hövzə ətrafında ucaldılmış suya davamlı sütunlar qədim əfsanə qəhrəmanı Meduzanın başı ilə bəzədilib və artıq 1500 ildir ki, heç bir zədə görmədən su anbarını bəzəyir. İstanbul üzrə ekskursiyamızı Müqəddəs Sofiya kilsəsinə ( Aya-Sofya) səfər ilə bitiririk.  Müqəddəs Sofiya kilsəsi xristian aləmində ən birinci möhtəşəm tikilisidir. Bu memarlıq abidəsi eramızın IV əsrində imperator Konstantinin dövründə tikilib, dəfələrlə uçurulub və yenidən bərpa olunub. 1453-ci ildə İstanbulun işğalı zamanı məscidə çevrilib, bütün türklərin atası Mustafa Kamalın hakimiyyətə gəlməsi vaxtından isə muzey kimi fəaliyyət göstərir. Lakin heç bir dövrdə mənəviyyatını itirməyib. Müqəddəs Sofiya kilsəsində(Aya-Sofya) sadəlik və momunmentallıq, pravoslavlıq və islam, sirlər və aşkarlıq bir birinə qarışıb. Tikilinin divarlarına həkk olunmuş xristian süjetlərini təsvir edən mozaikalar və həmçinin müqəddəs Quran ayələri hələ də saxlanılır. Məbədin divarlarında mərmər üzərində tamamilə öyrənilməmiş pentaqramlara da rast gəlmək olar. Divarlarda həmçinin qədim xaç işarələri, floristik Bizans elementlər, ərəb naxışları və Aya-Sofyanın məscid vaxtı  üstü örtülmüş,  amma tam məhv edilməmiş mələk təsvirlərini  də görmək olar. Bütün bunlar ilahi muzey- müqəddəs Sofiya kilsəsində harmonik şəkildə bir yerdə mövcuddur.