Inar Travel

Vilnüs

Əhali 2904391 nəfər

Sahə 65300 km2

Rəsmi dil litva

Turun qiyməti 200

Vilnüs Köhnə şəhərdə piyada ekskursiya: ekskursiya şəhərlilərin sevimli görüş yeri, Qediminas heykəlinin yanı, Kafedral meydanından başlayacaq (oteldən bura turistlər özləri gələcək). Həmçinin siz funikulyorla Qediminas dağlarına çıxacaqsınız və burada eyniadlı qalaya baş çəkəcəksiniz. Burada şəhərin yaranması ilə əlaqədar sizə əfsanələr danışacaq, Şərqi Avropanın ən qədim universitetlərindən birini göstərəcəklər. Burada siz unikal qotik üslubunda tikilən Müqəddəs Anna və Bernardinlilər kilsəsini görəcək, şəhərin qədimi döngələrindən keçəcək, Avropa məhəllələrində gəzəcək, I Pyotrun A.S.Puşkinin ulu babasını xaç suyuna saldığı çox qədimi Cümə kilsəsini görəcəksiniz.

Vilnüs
Vilnüs

Səfərin 1-ci günü (cümə axşamı):

Moskvada Belorusiya vağzalından Vilnüsə yola düşmə.

Səfərin 2-ci günü (cümə):

Vilnüs dəmiryolu stansiyasına və ya hava limanına çatma. Turistlərin şirkət nümayəndələri ilə görüşü. Köhnə şəhər kafesində səhər yeməyi.

Baqajı saxlama kamerasına təhvil vermək üçün otelə yollanma. 14:00-dan tez olmayaraq oteldə yerləşmə. Köhnə şəhərdə piyada ekskursiya: ekskursiya şəhərlilərin sevimli görüş yeri, Qediminas heykəlinin yanı, Kafedral meydanından başlayacaq (oteldən bura turistlər özləri gələcək). Həmçinin siz funikulyorla Qediminas dağlarına çıxacaqsınız və burada eyniadlı qalaya baş çəkəcəksiniz.
Burada şəhərin yaranması ilə əlaqədar sizə əfsanələr danışacaq, Şərqi Avropanın ən qədim universitetlərindən birini göstərəcəklər. Burada siz unikal qotik üslubunda tikilən Müqəddəs Anna və Bernardinlilər kilsəsini görəcək, şəhərin qədimi döngələrindən keçəcək, Avropa məhəllələrində gəzəcək, I Pyotrun A.S.Puşkinin ulu babasını xaç suyuna saldığı çox qədimi Cümə kilsəsini görəcəksiniz. Buradan Ratuşa (bələdiyyə) meydanına çıxacaqsınız. Vilnüsü XVI əsrdə mühafizə edən qala divarlarına məxsus və bu günə qədər qalan yeganə Müqəddəs Darvazadan keçəcəksiniz. Bütün xristian dünyasında ehtiramla yad edilən Müqəddəs Məryəmin ikonası daşla hörülmüş kiçik kilsədə saxlanılır.

Vilnüsə ekskursiyadan sonra özünəməxsus dadı ilə seçilən delikates pendir – “Djyuqas” (əlavə ödəniş etməklə) pendirin dequstasiyası baş tutacaq. Bərk halda olan bu pendir 12, 18, 24, 36 və 48 aya hazır olur.
Asudə vaxt.

19:00 – pivə dequstasiyası (əlavə ödənişlə). Hələ çox qədim zamanlardan bəri pivə litvalıların ən sevilən içki növü idi. Onun 300-ə yaxın müxtəlif növü var. Pivə zirzəmisində pivənin xam növündən tutmuş pasterizə edilən formasına kimi 50 növü saxlanılır. Dequstasiya zamanı siz gözünüzə dəyən istənilən bir neçə pivə növünü seçə bilərsiniz. Pivə ilə yanaşı, sizə ənənəvi Litva qəlyanaltısı təklif ediləcək; həmçinin sizin seçdiyiniz pivənin hazırlanma tarixi barədə bəhs edəcəklər.
Vilnüsdə mehmanxanada gecələmə.

Səfərin 3-cü günü (şənbə):

Mehmanxanada səhər yeməyi. Otaqların azad edilməsi. Asudə vaxt.

12:00 Prezident sarayında bayrağın qaldırılması mərasimi. Vilnüs muzeylərinə ziyarət etməyi (Litva milli muzeyi, Litva incəsənət muzeyi, məşhur litvaca knyazlarının Qəsri, Vilnüs dövlət Qaona yəhudi muzeyi, Aleksandr Puşkinin ədəbiyyat muzeyi, soyqırımı qurbanları muzeyi) və alış-veriş etməyi məsləhət görürük.

Vağzala və ya hava limanına transfer.

Səfərin 4-cü günü (bazar):

Moskvaya, Belorussiya vağzalına çatma.

Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşına 200 AZN-dən başlayaraq (aviauçuş və viza rüsumu xaric).