Inar Travel

İspaniya başdan-başa

Əhali 46464052 nəfər

Sahə 505990 km2

Rəsmi dil ispan

Turun qiyməti 1600

İspaniya başdan-başa Sevilyada ekskursiya: Xristofor Kolumbun məzarı yerləşdiyi, ölçüsünə görə dünyada üçüncü olan Kafedral kilsə, mənzərəli Santa Kruz kvartalı, Korrida binası, “Qızıl qüllə”, İspaniya və Amerika meydanları, 1929-cu ilin sərgi pavilyonu. Daha sonra Los Qayos* flamenko tamaşasını şərab qədəhi ilə izləyə biləcəksiniz. Barselonaya gəliş. Qotik kvartal, Kafedral kilsə, Qrasiya meydanı, Montjuik dağı, Ramblas, Kataloniya və İspaniya meydanları, Sarqada Familiya kilsələri, port və Güel parkına daxil olmaqla şəhər gəzintisi.

Valensiya
Sevilya

1-ci gün

Madridə gəliş. Otelə yola düşmə və yerləşmə. Qədim küçə və meydanları ziyarət etməklə şəhərin mərkəzinə piyada gecə gəzintisi. Gecələmə.

2-ci gün

Səhər yeməyi. Madridə ekskursiya: Kolumb və İspaniya meydanı, Qran Via və Alkala küçələri, Atoça stansiyası, Kastelyan bulvarı, Kral sarayı. Prado muzeyinə baş çəkmək üçün asudə vaxt. Gecələmə.

3-cü gün

Səhər yeməyi. Toledo – «üç dinlər şəhəri»-nə ekskurisya. Kafedral kilsə*, San-Tome kilsəsi, El Tranzito və Santa Mariya Blanka sinaqoqları yerləşən qədim şəhər mərkəzində gəzinti. Madridə qayıdış. Asudə vaxt. Əndəlusun paytaxtı Sevilyaya ABE surət qatarı ilə gediş. Oteldə yerləşmə. Gecələmə.

4-cü gün

Səhər yeməyi. Sevilyada ekskursiya: Xristofor Kolumbun məzarı yerləşdiyi, ölçüsünə görə dünyada üçüncü olan Kafedral kilsə, mənzərəli Santa Kruz kvartalı, Korrida binası, “Qızıl qüllə”, İspaniya və Amerika meydanları, 1929-cu ilin sərgi pavilyonu.
Daha sonra Los Qayos* flamenko tamaşasını şərab qədəhi ilə izləyə biləcəksiniz. Oteldə gecələmə.

5-ci gün

Səhər yeməyi. Ərəb xəlifətinin keçmiş paytaxtı Kordobaya ekskursiya: məşhur Məscid-Kilsə*, yəhudi kvartalı, qədim şəhərin küçə və abidələri (Sevilyadan qatarla qayıdış). Asudə vaxt. Gecələmə.

6-cı gün

Səhər yeməyi. Qədim şəhərə gəzinti, Əlhambra* və Generalife* – Avropanın ən qədim ərəb saraylarına ziyarət daxil olmaqla qatarda Qrandaya ekskursiya. Barselonaya gecə qatarına tranzit (4 nəfərlik kupe)

7-ci gün

Barselonaya gəliş. Qotik kvartal, Kafedral kilsə, Qrasiya meydanı, Montjuik dağı, Ramblas, Kataloniya və İspaniya meydanları, Sarqada Familiya kilsələri, port və Güel parkına daxil olmaqla şəhər gəzintisi. Oteldə yerləşmə. Asudə vaxt. «İspan kəndi»*katalon üslubunda inşa edilmiş muzeydə açıq səma və Sehirli fəvvarənin işıq və musiqi effektli göstərisi ilə şam yeməyi. Gecələmə.

8-ci gün

Səhər yeməyi. Hava limanına transfer. Turun sonu.

Turun qiyməti – adambaşı 1600 AZN təşkil edir.

Qiymətə daxildir:
*səhər yeməyi daxil olmaqla seçilmiş otellərdə yerləşmə (1 gecə qatarda)
*1 nahar və ya şam yeməyi
*marşrut üzrə nəqliyyat
*rusdilli bələdçi ilə ekskursiyalar (Barselona və Madriddə 6 nəfərə kimi, Əndəlusda – fərdi xidmət)
*flamenko* və muzeylərə giriş biletləri
*bütün transferlər
*tibbi sığorta

Qiymətə daxil deyil:
*aviauçuş
*viza

DİQQƏT:
İspaniyanın sahilində istirahətin davam etdirilməsi mümkündür.

TAM FƏRDİ XİDMƏTƏ GÖRƏ ƏLAVƏ ÖDƏNİŞ + 115 AZN.