1-ci gün
Londona gəliş. Yerləşmə. Asudə vaxt. Bizim tövsiyələrimiz: Madam Tüsso muzeyini ziyarət etmək (qiymətlər: böyüklər üçün 30 funt, uşaqlar üçün 25 funt). Londonun Gözü (London Eye) fırlanan çarxında yellənmək: qiymətlər böyüklər üçün 20 funt, 15 yaşında kimi uşaqlar üçün 15 funt (15 yaş daxil olmaqla).
2-ci gün
Peşəkar bələdçi ilə rahat avtobusda London üzrə baxış ekskursiyası, əsas görməli yerlərlə baş çəkmə. Sizin Londonun müxtəlif rayonları ilə tanış olmaq şansınız olacaq. Tauer, Parlament binası, Biq-Ben, Trafalqar meydanı kimi bir sıra məkanları görə biləcəksiniz. Müddəti 3 saat.
Naməlum və sirlərlə dolu bir şəhər olan, Britaniya paytaxtının maliyyə mərkəzi sayılan Siti rayonu üzrə piyada ekskursiya. Bu, banklar və dünya korporasiyaların, yüksək gəlir və böyük imkanlar məskənidir. Dünyanın bütün mütəxəssisləri Londonum Siti rayonunda ofisi olan şirkətlərdə işləməyə cəhd göstərirlət. Yalnız onu unutmamalıyıq ki, bu, qədim roma məskunlarının yerində yerləşən Londonu zəngin tarixli rayonlarından biridir. Sizə Templ, Hildholl, Müqəddəs Varfolomey kilsəsi kimi bütün dünyaya məşhur olan və həmçinin Den Braunun “Da Vinçi kodu” bestsellerində təsvir olunmuş memarlıq abidələrini görmək imkanı təqdim olunur. Müddəti 2,5 saat.