1-ci gün (şənbə) — Sürix
Sürixə gəlmə. Asudə vaxt
2-ci gün (bazar) — Sürix — Ştayn-am-Rayn — Reyn şəlaləsi
Ştayn-am-Rayna transfer. Ştayn-am-Raynda (Almaniya ilə sərhəddə yerləşən şəhər) gəzinti, Avropanın ən böyük Raynfal şəlaləsində dayanacaq (şəlalələrə giriş biletləri turun qiymətinə daxildir). Reyn çayının sol sahilində Şafhauzen şəhəri yerləşir. Bu şəhər adı çəkilmiş şəlaləyə görə yaranıb və çayın sahilindən görünür. Lixtenşteyn knyazlığına əlavə səfər və yerli şərabları dadmaq imkanı. Bütün Avropanın ziyarət etdiyi Aynzideln şəhərindəki monastıra ekskursiya. Burada məşhur “Qara Madonna” yerləşir. Biz barokko üslubunda dünya memarlığının incisi sayılan XV əsr kilsəsini gəzib, müalicəvi su içə biləcəyik. Axşam asudə vaxt*.
3-cü gün (bazar ertəsi): Sürix – Lüsern — İnterlaken
Lüserndə piyada gəzinti. Arzu etsəniz “Buz bağını” və güzgülü labirinti ziyarət edə bilərsiniz. İnterlakenə keçid. İnterlakenə çatdıqda şəhərdə gəzinti. Suvenir və “Kirxxofer” mağazasında 15% endirimlə saat almaq imkanı. Oteldə yerləşmə. Asudə vaxt.
4-cü gün (çərşənbə axşamı) — İnterlaken — Yunqfrauyox — İnterlaken
Asudə gün. Sizin istəyinizə uyğun olaraq, dağlara əlavə ekskursiya (yayda və qışda mümkündür), yaxud Bazelə əlavə ekskursiya (yayda və qışda mümkündür) təşkil oluna bilər.
5-ci gün (çərşənbə) — İnterlaken — Bern — Qrüyer — Montrö
Bernə keçid. Ayı dərəsinin, Saat qülləsinin, Hökumət binasının, qədim şəhər tağlarının və s. gəzintisi ilə Bernin tarixi mərkəzinə ekskursiya. Qrüyerə transfer. Qrüyer qəsrinin yerləşdiyi orta əsrlər kəndində gəzinti. Burada yerli yemək növü olan fondü dadmaq və təzə İsveçrə pendiri almaq mümkündür. Brokdakı şokolad fabrikinə əlavə ekskursiya. Bu ekskursiya vaxtı siz nəinki şokoladın necə hazırlandığını görəcəksiniz, həm də doyunca şokolad yeyəcəksiniz. Montröyə transfer. Oteldə yerləşmə. Asudə vaxt.*
6-cı gün (cümə axşamı) — Montrö
Kurortda istirahət. Arzu etsəniz — Fransaya — Ansi və İvuara rusdilli bələdçi ilə (yayda) əlavə ekskursiya, Ansiyə, Şamoniyə. Mon Blana (qışda) və ya Montrödən Lavey-les-Bains termal kurortuna ekskursiya (giriş biletlərinin qiyməti turun qiymətinə daxildir).
7-ci gün (cümə) — Montrö — Veve — Lozanna – Cenevrə — Leykerbad
Əlavə: İsveçrə rivyerasına səyahət. Şilyon qəsrinə ekskursiya (bu qəsrə giriş biletlərinin qiyməti turun qiymətinə daxildir). Çarli Çaplinin yaşadığı və dəfn olunduğu Veve şəhərinə transfer. Lozannaya trasnfer. Lozanna şəhərinin mənzərəli sahilində — Olimpiya hərəkatı muzeyinin və Olimpiya parkının yaxınlığında qısa dayanacaq. Cenevrəyə yetişdikdə beynəlxalq təşkilatların iqamətgahlarının yerləşdiyi rayonun və Cenevrə fontanının seyri ilə şəhərə icmal ekskursiya. Burada həmçinin Gül saatını, Qızılgül bağını, qədim şəhəri, İslahatçılar divarını və s. görmək mümkündür. Asudə vaxt*. Termal vannalarda çimmə.
8-ci gün (şənbə) — Leykerbad
Leykerbad — termal bulaqları və müalicəvi müəssisələri ilə məşhur olan tipik İsveçrə Alp kurortudur. İlk termal vannalar burada hələ 1500-cü ildə meydana gəlmişdir. Hər gün ictimai və özəl termalardan 3,9 milyon litr müalicəvi su (51°С) axır. Kurortda su prosedurları həvəskarları üçün 22 açıq və qapalı hovuz var. Kurort il boyu açıqdır və sizə rəngarəng və tam dəyərli istirahətin nadir sintezini təqdim edir.
9-cu gün (bazar) — Leykerbad
Oteldə səhər yeməyi. Qatarda və ya avtobusda Cenevrə hava limanına müstəqil transfer. Əgər qatarı seçirsinizsə, bələdçi bileti yerində verib, sizə marşrutu başa salacaq. Avtobusu seçsəniz, bələdçi bir gün əvvəl çıxış vaxtını müəyyən edir və bu vaxt hamı üçün eynidir (o vaxtadək Cenevrəni gəzmək olar).
Proqramın qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 1800 AZN təşkil edir.
Qiymətə daxildir:
* 4 ulduzlu oteldə yerləşmə (Leykerbadda 3-4 ulduzlu hotellərdə; səhər yeməyi daxil)
Proqramda göstərilmiş otellər öz kateqoriyasına tam uyğundur. Bu kateqoriyanı İsveçrə otellər assosiasiyası tərəfindən təqdim olunur. Otellərin keyfiyyətinə şikayət qəbul edilmir.
Əlavə qiymətə daha yüksək kateqoriyalı otel sifariş etmək olar. Bu halda ekskursiya proqramı 100% qorunub saxlanacaq.
* Ekskursiya vaxtı transferlər rahat avtobuslarda həyata keçirilir.
Qiymətə daxil deyil:
* Aviabilet
* Viza
* İctimai nəqliyyat, taksi və otel-mərkəz-otel marşrutu üzrə hərəkət edən digər nəqliyyat vasitələrinə biletlər
** Asudə vaxt zamanı turistlər otelə və oteldən hərəkət edərkən sərbəstdirlər. İctimai nəqliyyat, taksi və otel-mərkəz-otel marşrutu üzrə hərəkət edən digər nəqliyyat vasitələrinə biletlərin qiyməti proqramın qiymətinə DAXİL DEYİL.
5 yaşına qədər uşaqlar ekskursiya turlarına qəbul edilmir.