1-ci gün.
Havanada enmə. Rusdilli bələdçi ilə aeroportda görüş, otelə qrup transferi.
2-ci gün. Havanaya baxış turu.
Siz Havana Universiteti, İnqilab Meydanı, məşhur Malekon dəniz kənarı, Vedado məhəlləsi kimi şəhərin görməli yerlərini gəzəcəksiniz. Eləcə də siz şəhərin müstəmləkə hissəsini ziyarət edib, Milli Kapitoliy binasını, Havananın Böyük Teatrını, El Prado küçəsini, Prezident sarayını və Mərkəzi Parkı görəcəksiniz. Sonra UNESCO tərəfindən 1982 ildə Dünya Mədəni İrsi siyahısına salınan Köhnə Havanaya baş çəkəcəyik. Burada Kafedral meydanı, San-Fransisko meydanı, De Armas meydanı və başqa görkəmli yerləri görəcəksiniz.
3-ci gün. Pinar-del-Rio
Ölkənin qərbində yerləşən Pinar-del-Rio şəhərinə yollanma. Burada dünyanın ən yaxşı tütün plantasiyalarını görmək olar. Siqaraların istehsalına müşahidə etmək üçün tütün fabrikə ziyarət.
Vinyalesə gedən yolda Los Jasmnes seyr meydançasından təbiətin yaratdığı füsunkar mənzərəyə tamaşa edəcəyik. Sonra Haystak Hillok dağının yeraltı çayında ənənəvi qayıqlar ilə üzmək üçün La Kueve del İndiqoya yollanacayıq. Həmçinin, burada qədim qayaüstü rəsmlərə rast gələcəyik.
“El Palenque de los Cimarrones” restoranında nahar yeməyi.
4-ci gün. Trinidad şəhərinə transfer.
Bu gün biz Trinidad adlı gözəl şəhərə yollanırıq.
Trinidadın yaxınlığında, San Luis vadisində geniş şəkər plantasiyaları yerləşir. Şəhər ətrafında XIX əsrdən qalma qədim şəkər zavodunun qalıqlarında böyük qazan və üyütmə daşları görmək olar. Şəhərin özü UNESCO tərəfindən Dünya İrsi abidəsi elan olunmuşdur. Trinidad həm də muzeylər şəhəridir: Tarix Muzeyi, Arxeoloji Muzey, Romantika Muzeyi və s.
5-ci gün. Trinidad turumuz davam edir. Turun proqramında sizi məşhur rom, bal və su qarışığından düzəldilən içkinin şərəfinə adlandırılan “La Kançançara” (orijinalda La Canchánchara) barının və muzeyin ziyarəti gözləyir. Keçmiş vaxtlarda qullar bu içkini ağır və yorucu iş günündən sonra qüvvətlənmək məqsədilə içirdilər.
Nahar (əlavə ödənişlə). Sərbəst vaxtkeçirmə. Otelə geri dönmə.
6-cı gün. Dənizkənarına transfer.
Əlavə ödəniş edərək, siz Varaderoya və ya Kayo Santa Mariyaya transferi sifariş edə bilərsiniz.
Proqramın qiyməti- ikinəfərlik yerləşmə ilə adambaşı 1150 AZN-dir. Aviabilet əlavə ödənilir.