Anri Şeno (Henri Chenot) inteqral terapiyası biontologiya (yaşla bağlı dəyişikliklər və “düzgün” yaşlanma haqda təlim) əsasında formalaşıb və profilaktik sağlamlaşma, həmçinin çəkinin azalması metodu kimi Avropada böyük populyarlıq qazanıb. Erbuskoda Anri Şeno klinikasında bu müalicə kursunun məqsədi irsi xüsusiyyətlər fonunda yanlış qidalanmanın və qeyri-sağlam həyat tərzinin yaratdığı fəsadları aradan qaldırmaqdan ibarətdir.
Erbuskodakı Anri Şeno klinikasının hər bir pasiyenti ona orqanizmin müvazinətini pozan xəstəliyinin simptomatikasının səviyyəsini müəyyən etmək imkanı verən anket əldə edir. Həmin anketlərə laboratoriya və bio-energetik müayinələrin nəticələri əlavə olunur. Bunun əsasında isə hər bir pasiyent üçün fərdi pəhriz və fitnes proqramı hazırlanır. Həftəlik kursa həmçinin gündəlik masaj, balneo-müalicə və palçıq terapiyası, o cümlədən hüceyrə rezonansından istifadə olunan prosedurlar və HENRI CHENOT firmasının məhsullarına əsaslanan estetik kosmetologiya seansları daxildir.
Anri Şeno inteqral terapiyası həkimin nəzarəti altında həyata keçirilir. Bir həftə ərzində drenaj və toksin kənarlaşdırıcı effekt təmin edilir, dərin relaksasiya müvəffəq olunur, əsas mübadilə prosesləri stimullaşdırılır, dərinin, bağların və əzələlərin tonusu yaxşılaşır; orqanizm qocalmanın əlamətləri ilə mübarizə aparmağa yardım edən güclü enerji ehtiyatı alır.
Anri Şeno pəhrizinin sirləri
Şeno pəhrizi təkcə yeməklərin kalorisinin azalmasına deyil, həm də adət edilmiş porsiyanın əhəmiyyətli dərəcədə kiçilməsinə: ərzaq uyğunluğunun elmi cəhətdən əsaslandırılmış prinsiplər və bölgü əsasında qidalanmaya yönəlib. Bir çox ərzaqlar (çörək, ət, alkoqol, çay, qəhvə; balıq həftədə yalnız bir dəfə) ümumiyyətlə rasiondan çıxarılıb. Bunun əvəzinə menyuya soya, meyvə, tərəvəz və faydalı otlar daxil edilib.
Səhər yeməyində o qədər də böyük olmayan piyalədə meyvə salatı, nahara bir stəkan meyvə-tərəvəz şirəsi, orta ölçüdə yaşıl salat və az porsiyada əsas yemək, məsələn, 2 xörək qaşığı ənginarlı rizotto təklif olunur. Şam yeməyi balaca boşqabda meyvələr ilə başlayır. Ardınca bir kasa tərəvəzli püre-şorba və bir qədər zərif zövqlə bəzədilmiş kiçik porsiyada yemək, məsələn, 5 mərəçüyüd qabığı və ya bir ovuc soyalı spagetti yeyilir. Bundan başqa, məhdud miqdarda içərisinə limon şirəsi sıxılmış su, bitki çayı və ya kofeinsiz qəhvəyə yol verilir. Xoştamlı ədviyyatları bədii tərtibatlı yeməklər və zərif zövqlə bəzədilmiş süfrə ilə əvəz olunur. Duz və istiot masadan tamamilə yığışdırılır.
Espace Henri Chenot-da müalicə üçün göstərişlər:
Artıq çəki, orqanizmin şlaklanması, xroniki yorğunluq vəziyyəti, mədə və bağırsağın işinin pozulması, vaxtından əvvəl qocalıq simptomatikası, ürəyin və qan-damar sisteminin fəaliyyətinin pisləşməsi, oynaq ağrısı.
Bir gün üçün otaq qiyməti (avroda) |
Double French |
Double Classic |
Double Superior |
Double Deluxe |
A – 01.03.14 – 01.11.14 |
BB |
316,00 |
420,00 |
486,00 |
552,00 |
B – 02.11.14 – 27.12.14 |
BB |
288,00 |
360,00 |
398,00 |
470,00 |
C – 28.12.14 – 18.01.15 |
BB |
316,00 |
420,00 |
486,00 |
552,00 |
Anri Şeno prosedur paketi (prosedurlar + tam pansion sistemi üzrə qidalanma): 7 gün qalmaq üçün 3250 avro. Məcburi tibbi müayinə – 180 avro (şəxsin iştakı mütləqdir, tərcüməçi ehtiyac yaranarsa – onun üçün əlavə ödəniş nəzərdə tutulur).
“L’Albereta Relais & Chateaux” 5* oteli 1400 m2 sahəsi olan ikiqatlı “Espas Vitalite” spa-mərkəzinə sahibdir. Mərkəzə 5 hidromassaj zonalı böyük qapalı hovuz, sauna, türk hamamı, Knayp hidroterapiya vannası, cakuzi, hidroterapiya otağı, parka açılan mənzərəli fitnes-zal, istirahət zonası, çay otağı, gözəllik salonu və həmçinin prosedur kabinetlər aiddir.
Mərkəz nadir Anri Şeno metoduna əsaslanan və Çin təbabətinin minillik ənənələri ilə müasir elmi tədqiqatları birləşdirən sağlamlaşdırma proqramı keçirmək üçün ixtisaslaşıb.
Bir neçə mərhələdən ibarət metod özündə fərdi şəkildə işlənib hazırlanmış fitnes-proqram, pəhriz və təbii Henri Chenot kosmetikasından istifadə edilən prosedurları birləşdirir.