Inar Travel

Marianske Lazne

Əhali 10538275 nəfər

Sahə 78866 km2

Rəsmi dil çex

Turun qiyməti xxx

Marianske Lazne Çexiyanın qərbində yerləşən nisbətən yeni kurort şəhəri Marianske Lazne XIX əsrin əvvəllərində yerin səthinə çoxlu müalicəvi bulaqların çıxdığı vadidə qurulub. Onlar Slavkov meşəsinin cənub-qərbi yamacında, dəniz səviyyəsindən 567-626 metr yüksəkdə yerləşir.

Marianske Lazne şəhərinin yaxınlığında yer səthinə yüzdən çox mineral bulaq çıxır. Şəhərin ərazisində bunların sayı 40-a yaxındır. Müxtəlif bulaqların bu cür qonşuluğu balneoloji cəhətdən nadir tapıntı sayıla bilər. Bütün bulaqların temperaturu 7°C-dən 10°C-yə qədər dəyişir, başqa sözlə, bunlar soyuq turş bulaqlardır. Yerli sakinlər bu bulaqlar barədə hələ XIII əsrdən bəri bilirdilər, lakin onların müalicəvi əhəmiyyəti yalnız XVIII əsrin sonlarında Tepel monastırının həkimi İohann Yozef Ner tərəfindən öyrənilməyə başlanılıb. Mineral bulaqların suyu içməli, inhalyasiya və mineral vannalar şəklində qəbul olunur. Müxtəlif içkili müalicə təyin edilərkən, kurorta gələnlər, adətən, gündə 750 ml su içirlər. Vannalar qan təzyiqini aşağı salırlar, ürək və böyrək fəaliyyətini, beynin və aşağı ətrafların qan dövranını yaxşılaşdırırlar.

Şəhərin mərkəzi naxışlı çuqun sütunlar kompleksinin və məşhur rotondalı bulağın ətrafında yerləşir. Yaxınlıqda yüzlərlə çıxış yeri olan “Oxuyan fəvvarə” mövcuddur. Suyun rəqsini musiqi müşayiət edir, axşamlar isə bunlara ecazkar işıqlar da qoşulur. Gözəl parklar, möhtəşəm memarlıq, zəngin mədəni və idman həyatı — bütün bunlar bu möcüzəli Avropa kurortunun fərqli cəhətləridir.

Kurorta müalicə üçün göstərişlər:

-Dayaq və hərəkət sistemi xəstəlikləri;

-Böyrək və sidik kanalı xəstəlikləri;

-Nəfəs aparatının xəstəlikləri;

-Metabolik problemlər;

-Ginekoloji xəstəlikləri;

-Qeyri-profil xəstəliklərin müalicəsi: hipertenziya, ürəyim işemik xəstəliyi, aşağı ətrafların işemik xəstəliyi, potensiya pozğunluğu.


Ümumi əks-göstərişlər:

-Dekompensə olunmuş şəkərli diabet;

-İnfeksion xəstəliklər;

-Vərəmin aktiv forması;

-Qan dövranı pozulmasının klinik əlamətləri;

-Dərin tromboz və səthi tromboflebitdən sonrakı vəziyyət;

-Hər növ qanaxmalar;

-Kaxeksiya;

-Epilepsiya;

-Müalicə prosesində olan bədxassəli şişlər və göstərilmiş müalicəyə baxmayaraq inkişaf edən şişlər;

-Psixiki xəstəliklər;

-Alkoqolizm;

-Qeyri-ixtiyari sidik və nəcis ifrazı;

-Hamiləlik;

-Hemofiliya;

-QİÇS (HIV).

Marianske Lazne sanatoriyalarında istifadə olunan müalicə üsulları:

Müalicəvi komponentlər əsasında prosedurlar

-mineral vannalar;

-Ölü dəniz duzlarının əlavə olunması ilə mineral vannalar;

-Palçıq sarınmaları;

-Quru CO2 qaz vannası (qaz sarınmaları);

-Qaz inyeksiyaları;

-İnhalyasiyalar;

-Su müalicəsi, masajlar;

-Köpüklü (qovuqlu) vanna;

-Qeyzer vannası;

-Burağan vanna.