Inar Travel

Roqaşka Slatina

Əhali 2061085 nəfər

Sahə 20273 km2

Rəsmi dil sloven

Turun qiyməti xxx

Roqaşka Slatina Bura Xorvatiyanın sərhədinə yaxın, Sloveniyanın şərqində yer alan qədim kurort bölgəir. Roqaşka Slatina alçaq dağların, üzümlüklərlə örtülmüş qalın meşələrin (Boça, Donaşka dağı, Pleşiveç) əhatə etdiyi səfalı yerdir. Əfsanələrin birinə görə tanrı Apollon qanadlı at Peqasa dırnaqları ilə yerə zərbə vuraraq bulaq çıxarmağı və oradan su içməyi əmr edib. Beləliklə, Roqaşkada ilk “sağlamlığın və ilahi qüvvənin” mənbəsi hesab olunan “Roitschocrene” bulağı yaranmışdı.

Müalicə üçün göstərişlər

Qaraciyərin, öd kisəsinin və öd axarının xroniki xəstəlikləri;

Qida borusunun, mədənin və onikibarmaq bağırsağın xroniki xəstəlikləri;

Qarın və tüpürcək vəzinin xroniki xəstəliyi;

Nazik və yoğun bağırsaq xəstəlikləri;

Mədə-bağırsaq yolunun əməliyyat sonrası reabilitasiyası;

Həzm sisteminin pozuntusu;

Diabet;

Qanda yağ səviyyəsinin yüksəkliyi;

Qanda sidik turşusunun səviyyəsinin yüksəkliyi;

Piylənmə;

Osteoporoz;

Nevrotik anoreksiya;

Müxtəlif növ porfiriya xəstəlikləri;

Dar mənada psixosomatik xəstəliklər;

Degenerativ revmatik xəstəliklərin reabilitasiyası;

Post-travmatik bərpa.

Əks göstərişlər

Onkoloji xəstəliklər;

“Kəskin” iltihab mərhələsində olan xəstəliklər;

Fəsadlar ilə irəliləyən hamiləlik.

Müalicəvi prosedurlar

Balneoterapiya;

Mineral suyun içilməsi;

Hidroterapiya (hidromassaj, Stangerin qalvanik vannası, hüceyrə vannası, mirvari vanna, ətirli vannalar, ot vannaları);

Kinezioterapiya (fərdi gimnastika, “streçinq” gimnastikası);

Mexanoterapiya;

Maqnitoterapiya;

Elektroterapiya;

Fizioterapiya;

Masajlar (tam və qismən, Şiatsu, ənənəvi Tay masajı, refleksoloji ayaq masajı);

İnhalyasiyalar (mineral su və otlarla);

Psixoterapiya.

Diaqnostika

QASTROENTEROLOJİ DİAQNOSTİK MÜAYİNƏLƏR

Ezofaqoqastroduodenoskopiya

İleoskopiya ilə qismən və ya ümumi kolonoskopiya;

Polipektomiya və boipsiya imkanları, qanaxmanın sklerozatsiyası

KARDİOLOJİ DİAQNOSTİKA

Elektrokardioqramma

Erqometriya və telemetriya

Xolter spirometriyası

Dopler sonometriyası

Exokardioqramma

RENTGENOLOJİ BAXIŞ

Qida borusu, mədə, onikibarmaq bağırsaq

Nazik bağırsaq

İrioqrafiya

Uroqrafiya

Tomoqrafiya

Artroqrafiya

Onurğa sütunu və skelet

ULTRASƏS MÜAYİNƏ

Qarın (qara ciyər, öd kisəsi, qarın tüpürcək vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq, yumurtalıqlar)

Onurğa kanalı

Qalxanabənzər vəz

Transrektal zond ilə müayinə

Transvaqinal zond ilə müayinə

Qan damarlarının qismən Dopler müayinəsi

Roqaşka tibb mərkəzində laboratoriy analizləri paketi

“Roqaşka” tibb mərkəzinin həkimləri sizin üçün laboratoriya testlərinin baza paketini seçmişdir. Onlar sizin sağlamlıq vəziyyətinizi dərk etmək, mümkün olan problemlərin qarşısını almaq və sizə düzgün müalicə təyin etmək üçün nəzərdə tutulmuşdur.

Müayinəyə daxildir: difteriya, göyöskürək və tetanus üzrə qan analizi; çöküntülərə baxış; sidik, qan şəkərinin, kreatinin, sidik cövhərinin, xolesterolun, yüksək sıxlıqlı proteinlərin (HDL), aşağı sıxlıqlı proteinlərin (LDL), triqliseridlərin, bilirubidin, zülalların, albuminlərin, aspartataminotransferazanın (AST-nin), alaninaminotransferazan (ALT-nin), qammaqlutamiltransferazan (QQT-nin), apiformulanın (AF-in), amilazın, lipazın, dəmirin, tireotrop hormonu (TSH-ın),sağ yuxu arteriyasının, Kalium (K), Natrium (Na), Xlor (Cl), Maqnezium (Mg), Kalsium (Ca), Fosfor (P) və uratların gizli qan təhlili.

Həmçinin siz artıq ödəniş edərək bu paketə başqa analizlər əlavə edə və yaxud analizsiz normal tur seçərək sizi maraqlandıran müayinələrdən fərdi şəkildə keçə bilərsiniz.

“Roqaşka” tibb mərkəzində müalicə proqramları

“Roqaşka” müalicə mərkəzi “Donat” hotelinin yanında yerləşir və keçidlə kurort bölgəsinin bir neçə başqa hotelləri ilə də bağlıdır (Grand Hotel Donat 4*, Grand Hotel Sava 4*, Grand Hotel Rogaska 4*, Zagreb 4*).

“Roqaşka” tibb mərkəzində böyük maqnezium kursu

Burada mövcud olan maqnezium proqramı şəfalı “Donat Mg” mineral suyu ilə keçirdilir, bu su həzm orqanlarının bir sıra xəstəlikərini aradan qaldırmağa kömək edir (qaraciyər, öd kisəsi, mədəaltı vəz) və sinir və ürək-damar sistemlərini yaxşılaşdırır. Maqnezium proqramı qanda şəkərin və xolesterinin səviyyəsinə faydalı təsir göstərir, qan təzyiqini normallaşdırır.

“Donat Mg” kursu müəyyən edilmiş terapiya ilə birlikdə – bərkimə, piylənmə, mədə şirəsinin ifrazının artması və qıcqırma (qastrit) kimi hallarda əvəzolunmaz seçimdir. Orqanizmdə stress, əqli və fiziki gərginlik zamanı “Donat Mg” yüksək müsbət təsir göstərir. Orqanizmin maqnezium tələbatı yüksəldikdə, maqnezium proqramı anti-stress proqramı kimi istifadə olunur.

Böyük maqnezium müalicəsinə həkim-balneologist tərəfindən müayinə və fərdi şəkildə seçilmiş “Donat Mg” suyu ilə müalicə kursu, həmçinin həkim tərəfindən tövsiyə edilən terapiya daxildir.

7-günlük proqrama daxildir:

  • Müayinə ( balneologist tərəfindən baxış)
  • “Inbody” cihazı ilə bədən tərkibinin ölçülməsi
  • Mənbələrdən “Donat Mg” mineral suyu ilə müalicə kursu, gündə 3 dəfə
  • Mineral vanna (3 prosedur)
  • Tibbi manual massaj (hər biri 30 dəqiqə olmaqla 3 prosedur)
  • Fango-sarıma (3 prosedur- hər biri 3 bölgədə)

14-günlük proqrama daxildir:

  • Müayinə ( balneologist tərəfindən baxış) + yoxlama məqsədli baxış
  • Inbody cihazı ilə bədən tərkibinin ölçülməsi
  • Mənbələrdən “Donat Mg” mineral suyu ilə müalicə kursu, gündə 3 dəfə
  • Mineral vanna (6 prosedur)
  • Tibbi manual massaj (hər biri 30 dəqiqə olmaqla 6 prosedur)
  • Fango (6 prosedur- hər biri 3 bölgədə)

“Roqaşka” tibb mərkəzində diabetin müalicəsi

Bu müalicəvi kurs arterial dövranı yaxşılaşdırmaq və müşayiət edən simptomları aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur (soyuq ayaqlar, qıcolmalar və ya yürümə zamanı ağrılar, üyüşmə (“qarışqa gəzintisi hissi”) ….) Qan dövranı pozulmasından əziyyət çəkən diabet xəstələrinə tövsiyə edilir.

Proqrama daxildir:

  • Peşəkar balneologist tərəfindən müayinə
  • Mənbələrdən şəfalı “Donat Mg” mineral suyu ilə müalicə kursu
  • Mineral vanna (3 prosedur)
  • Aroma-refleksli ayaqaltı masaj (hər biri 30 dəqiqə olmaqla 3 prosedur)
  • Quru karbon vannası (hər biri 60 dəqiqə olmaqla 3 prosedur)
  • Fərdi hərəkətlər (hər biri 30 dəqiqə olmaqla 3 prosedur)
  • 1x “Soft pack” su yatağı, masaj ilə.

“Basic” arıqlama proqramı

“Roqaşka” tibb mərkəzi kompleks şəklində müasir kilovermə proqramı təklif edir, hansı ki, həkim nəzarəti altında, praktikada özünü doğrultmuş və tibb baxımından effektivliyini təsdiq etmiş prosedur və cihazlarla həyata keçirilir.

Basic proqramına daxildir:

  • Həkim-balneoloq tərəfindən ilkin baxış
  • Bioimpedans analizi – bədən tərkibinin ölçülməsi
  • EKQ, laboratoriya təhlilləri (qemoqramma, qan şəkəri, lipid profili, TTH )
  • Həkim-balneoloq tərəfindən yoxlama tipli baxış
  • Diyetoloq müayinəsi, yazılı şəkildə təklif olunan arıqlama dietası
  • Fərdi məşqçi ilə gündəlik kinezioloji məşqlər
  • Gündə 1 dəfə həkim məsləhəti ilə seçilmiş balneoloji prosedur
  • Mənbələrdən şəfalı “Donat Mg” mineral suyu ilə müalicə kursu, gündə 3 dəfə

Proqramın səmərəliyi aşağıdakı səbəblərlə bağlıdır:

  • Tibbi müayinə – fərdi hazırlanmış proqramın əsasıdır
  • Şəfalı “Donat Mg” mineral suyu ilə müalicə uğura aparan açarlardan biridir
  • Aclıq və tövsiyələr olmadan sağlam yemək vərdişləri ilə bağlı pəhriz kombinasiyası
  • Fiziki fəallıq – giriş və yekun testli kinezioloji məşqlər, evdə məşğuliyyət üçün məsləhətlər
  • Əhəmiyyətli müalicəvi effekti olan balneoloji terapiya – yorğunluğun aradan qaldırılması və gərginlikdən azad olmaq üçün qüvvənin toplanması
  • Hər kəs üçün seçilmiş tənzimləmə proqramı

İçməli müalicə

“Donat Mg” şəfalı mineral suyu ilə müalicənin məzənnəsi

1 dəfə içmək                               2.00 €

3 günədək                                  12.00 €

5 günədək                                  16.00 €

7 günədək                                  24.00 €

10 günədək                                31.00 €

14 günədək                                38.00 €

30 günədək                                45.00 €

Büvet açıqdır

  • Bazar ertəsi – şənbə    7:00-13:00 və 15:00-19:00
  • Bazar günləri və bayramlarda   7:00-13:00 və 16:00-19:00

Hidroterapiya

Mineral vannası                                                            28.00 €

Otlu vanna                                                                    28.00€

Mirvarili masaj vannası, təbii ot qatqıları ilə               29.00€

“Kleopatra” vannası                                                        27.00€

Nəfəs yollarını açmaq üçün vanna                               28.00€

Sualtı masaj                                                                 30.00 €

Tibbi baxışlar

Fizioterapevt tərəfindən xüsusi müayinə                    63.00€

İxtisaslaşdırlmış xüsusi yoxlama baxışı                     40.00€

Manual terapiya

Bouen terapiyası        20 dəqiqə     32.00€

Bouen terapiyası        50 dəqiqə     56.00 €

Ağrıkəsici manual terapiya     20dəqiqə      40.00€

Ağrıkəsici manual terapiya      50dəqiqə      64.00€

Vodder üzrə limfatik drenaj     20dəqiqə    24.00€

Vodder üzrə limfatik drenaj     30dəqiqə    37.00€

Vodder üzrə limfatik drenaj     40dəqiqə    46.00€

Vodder üzrə limfatik drenaj     50dəqiqə    48.00€

(Vodder üzrə limfatik drenaj fizioterapevt tərəfindən zədələrdən, əməliyyat və onkoloji xəstəliklərdən sonra həyata keçirilir)

Elektromüayinə                         

Ağrıkəsici terapiya (DD,IFT,TENS), elektrostimulyasiya          16.00€

Ultrasəs və intereferensiyanın köməyi ilə kombinə terapiya    19.00€

İşıq müalicəsi

Lazer terapiyası                                             23.00€

Işıq terapiyası / bioptron                                22.00€

Maqnit terapiyası

Maqnit terapiyası                                            22.00€

Termoterapiya

Ağrıkəsici radiodalğa terapiyası                     25.00€

Soyutma / xiloterapiya                                    15.00€

Mexanoterapiya

Hiperbarik terapiya                                         35.00€

Təzyiq terapiyası                                            35.00€

Ultrasəs terapiyası                                          18.00€

Quru karbon terapiyası                                   45.00€

Sinir-əzələ lenti                                              15.00€

Qısa və məqsədyönlü “CheckUp” baxış:

Check-up müayinəyə daxildir:

Proqramın qiyməti:    530.00€

  • Həkim qastroenteroloq tərəfindən xüsusiləşdirilmiş baxış
  • Laboratoriya təhlilləri
  • Qarın boşluğu orqanlarının USM-i
  • Qastroskopiya
  • Helicobacter Pylori üzrə test
  • Kolonoskopiya
  • Kardiologiya

Sizin ürəyiniz sağlamdırmı?

Kardioloji klinika sizin ürək sağlamlığınızın qayğısına qalacaqdır. Çünki ürək- insan bədəninin mühərriki hesab olunur, ona lazımi diqqəti göstərmək vacibdir. Klinikada biz ixtisaslaşdırılmış kardioloji müayinə və ürək tədqiqatları aparırıq, bu bizə ürək fəaliyyətini qiymətləndirməyə, xəstəliyin diaqnozunu müəyyən etməyə və müvafiq müalicə tövsiyəsini etməyə imkan yaradır.

Check-up müayinəyə daxildir:

Proqramın qiyməti:       350.00€

– Kardioloq tərəfindən xüsusi baxış

– Laboratoriya təhlilləri

– EKQ

– Spirometriya

– Tsikloerqometriya

– Ürək üzrə USM

Ginekologiya

Sizin ginekoloji problemləriniz var, və siz tam müayinədən keçmək istəyirsiniz? “Roqaşka” tibb mərkəzinin nəzdində fəaliyyət göstərərsən ginekoloq diqqətlə sizlə birlikdə bütün problemlərinizi müzakirə edəcək, sizin bütün arzu və istəklərinizi dinləyəcək, daha sonra isə sizə diqqətli baxış keçirdəcək və əldə olunan məlumatların əsasında sizin problemlərinizin ən optimal həlli üçün düzgün məsləhət verəcəkdir. Hormonal müayinələrdən sonra, sizin istəyinizdən asılı olaraq sizə fərdi hormonal terapiya məsləhət görülə bilər.

Check-up müayinəyə daxildir:

Proqramın qiyməti:               220.00€

  • Ginekoloq tərəfindən xüsusi müayinə
  • Yaxmanın götürülməsi
  • Transvaqinal USM
  • Süd vəzlərinin USM-i