Inar Travel

İsveçrə

Əhali 8211700 nəfər

Sahə 41285 km2

Rəsmi dil alman, fransız, italyan, roman

Turun qiyməti xxx

İsveçrə “De la Prairie” klinikası İsveçrənin ən gözəl guşələrindən birində - Montrö kurort zonasında, Cenevrə gölünün sahilində yerləşir. La Prairie klinikasını haqlı olaraq dünyada ən məşhurlardan biri adlandırmaq olar. Klinikaya dünya şöhrətini isə qoyun embrionunun qara ciyərindən (sonradan bu metodika revitalizasiya adlandı) alınan canlı hüceyrə metodikasının tətbiqi qazandırıb. Klinikada bu metodika 1931-ci ildə Doktor Paul Nixans tərəfindən başladılıb.

“De la Prairie” klinikası İsveçrənin ən gözəl guşələrindən birində – Montrö kurort zonasında, Cenevrə gölünün sahilində yerləşir. La Prairie klinikasını haqlı olaraq dünyada ən məşhurlardan biri adlandırmaq olar. Klinikaya dünya şöhrətini isə qoyun embrionunun qara ciyərindən (sonradan bu metodika revitalizasiya adlandı) alınan canlı hüceyrə metodikasının tətbiqi qazandırıb. Klinikada bu metodika 1931-ci ildə Doktor Paul Nixans tərəfindən başladılıb. Əvvəldən həmin üsul daxili orqanların ciddi xəstəliyindən əziyyət çəkən müştərilərin müalicəsi üçün işlənib hazırlanırdı. Artıq 80 ildir ki, revitalizasiya qocalma əleyhinə tibb sahəsində immunoloq və ekspertlərdən ibarət komanda tərəfindən tədqiq edilir və təkmilləşdirilir. La Prairie klinikası əvvəlki kimi bu metodikanın və CLP preparatının eksklüziv distribütoru olaraq qalır. Preparatın immun sisteminin möhkəmlənməsinə yardım etməsi və orqanizmin qocalması prosesini əhəmiyyətli dərəcədə ləngitməsi artıq sübut olunub.  Metodun elmi bazasını Maks Plankın immunologiya institutu, Almaniyanın onkoloji xəstəliklər araşdırılması mərkəzi, Toronto (Kanada) universitetinin immunologiya departamenti, eksperimental biologiya və tibb institutu (Almaniya) təmin edir.

Klinikanın ştatında 20 həkim və 60 konsultant yer alıb. Beləcə, xəstə tibbin 25-dən artıq sahəsi üzrə mötəbər konsultasiya almaq imkanı əldə edir. Stomatologiya şöbəsi, menopauza klinikası və estetik tibb mərkəzi aparıcı sahəni təşkil etsə də, La Prairie klinikası müasir səhiyyənin demək olar ki, bütün istiqamətlərini əhatə edir.

Klinika həmçinin təcrübəli cərrah-həkim və anestezioloq ştatına, o cümlədən istənilən səviyyədə əməliyyatların keçirilməsi üçün müasir avadanlığa sahibdir. Klinikanın kompleks yanaşması yüksək səviyyəli tibbi müalicənin estetik prosedurlar, SPA və pəhriz proqramları ilə kombinə edilməsindən ibarətdir.

Hüceyrə Terapiyası mərkəzində CLP ekstraktlı müalicəyə göstərişlər:

  • andropauza və onunla bağlı olan hormonal impotensiya
  • yaddaşın və diqqəti cəmləmək qabiliyyətinin zəifləməsi
  • süstlük və iştahanın küsməsi, iş qabiliyyətinin aşağı düşməsi, yuxusuzluq, miqren
  • menopauza və onunla əlaqəli xəstəliklər (məsələn, osteoporoz)
  • təkrar törənən infeksiyalar, pis sağalan yaralar
  • deqenerativ yaş xəstəlikləri (artrit, ağrı sindromu və hərəkət imkanların azalması)
  • respirator allergiyası

Yaşlanmanı öncədən xəbər verən və ləngidən CLP ekstraktın effektivliyi laboratoriya təcrübələri və kliniki tədqiqatlar vasitəsilə öz isbatını tapıb. Preparat reqenerasiya yaradır, sağlam, amma qocalmış hüceyrələri canlandırır, hormonal mübadiləyə və maddələr mübadiləsinə müsbət təsir göstərir. Eyni zamanda o, həm də yanlış hüceyrələrin inkişafının ləngidir. Ekstrakt ümumi süstlüyü və yuxusuzluğu aradan qaldırır, yaddaşın yaxşılaşmasına yardım edir, miqren və allergiyadan xilas edir. La Prairie klinikasının kredosu həyatın qayğısına qalmaq və yaxşılaşmaqdır. Müasir avadanlıqlar vasitəsilə həyata keçirilən tam müayinədən sonra sizə CLP ekstrakt inyeksiyalı 7 günlük revitalizasiya proqramı, arıqlama və stressin çıxarılması metodikası, estetik və idman tibbi təklif edə və ya yüksək səviyyəli plastik cərraha müraciət etmək tövsiyə edə bilərlər. La Prairie klinikası olduqca gözəl infrastruktura malikdir. Bura əməliyyat bloku, hovuz, sauna, türk hamamı, solyarium, kompüterlərlə təchiz olunmuş trenajor idman-sağlamlıq mərkəzi daxildir. Burada Sizi savadlı və ixtisaslaşmış işçi heyəti gözləyir. Hər bir pasiyent üçün fərdi qaydada qidalanma proqramı hazırlanır.

Fransız baş aşpaz onunla çalışanlar diyetoloqun yardımı ilə menyu hazırlayır və az kalorili yeməklər bişirir. Şahlara layiq yeməklər hər gün sizin süfrənizi bəzəyəcək. La Prairie klinikasına baş çəkməklə Siz özünüzə qayğısız həyatı təmin edəcəksiniz. Burada həm rahatlıq tapacaq, həm də məmnunluq əldə edəcəksiniz. Klinikada sağlamlığınızın qayğısına qalmaqla yanaşı, həm də artıq çəkidən və yaşdan xilas olacaqsınız.

”Revitalizasiya” proqramı (Klinikanın ən məşhur proqramı)

  • 25,530 İsveçrə frankından başlayaraq

Proqram (6 gecə): Bazar günündən şənbə gününədək. Daxil olma: bazar günü saat 14:00-dan 17:00-dəkdir.

“Tibbi müayinə” proqramı

Proqram sağlamlığın vəziyyəti və ya alternativ, daha dəqiq diaqnoz barədə  tam vəd edir. Etibarlı profilaktika üçün 35 yaşdan etibarən nizamlı müayinə optimal hesab olunur. Bu üsul sağlamlıqla bağlı bütün mümkün problemləri vaxtında üzə çıxarmaq və ilkin mərhələdə onları aradan qaldırmağa imkan verir.

– 16,620 İsveçrə frankından başlayaraq

Proqram (5 gecə): bazar günündən cümə gününədək; daxil olma: bazar günü saat 14:00-dan 17:00-dəkdir.

“Qadın gözəlliyi” və ya “Kişi gözəlliyi” proqramı

La Preri SPA Klinikası əsl sakit liman təəssüratı bağışlayır. Burada pasiyentlərə ən mühüm prosedurlar təklif olunur.

  • 15,260, – İsveçrə frankından başlayaraq

“Çəkiyə tibbi nəzarət və SPA” proqramı

”Çəkiyə tibbi nəzarət və SPA” proqramın eksklüziv konsepsiyası özündə qidalanma üzrə ekspert, diyetoloq, şəxsi fitnes təlimatçısı, psixoloq, masajist və kosmetoloqun iştirakı ilə hərtərəfli yanaşmadan ibarətdir. Proqram artıq çəkidən əziyyət çəkən istənilən böyük adam üçün uyğundur.

  • 32,950 İsveçrə frankından başlayaraq

Proqram (13 gecə): bazar günündən şənbə gününədək; daxil olma: bazar günü saat 14:00-dan 17:00-dəkdir.

“Müvazinətin bərpası” proqramı

Yorğunluq təhlükəyə çevriləndə insanı hər addımda streslə üzbəüz qalır, yuxusuzluq isə adi hala çevrilir. Simptom təhlükəli hal almamış, vaxtında sağlamlığınızın qayğısına qalın. Odur ki, fasilə verin və “Müvazinətin bərpası” proqramından yararlanın. Bu yolla ruhunuzun və cisminizin enerji balansının harmoniyasını bərpa edəcəksiniz. Sözügedən proqram gündəlik stress və gərginliklə mübarizə aparmaq üçün insanı real vasitələrlə silahlandırır. Bizə müraciət edən istənilən pasiyent son nəticədə klinikanı bərpa olunmuş güc və tam enerji ilə tərk edir.

– 17,320 İsveçrə frankından başlayaraq

İxtisaslaşma sahələri:

  • CLP-terapiya
  • CLP-revitalizasiya
  • estetik cərrahiyyə, plastik və bərpaedici cərrahiyyə
  • üz-çənə cərrahiyyəsi
  • somatologiya
  • ümumi cərrahiyyə
  • ortopedik cərrahiyyə
  • menopauza və andropauza mərkəzi
  • estetik tibb
  • andrologiya
  • angiologiya
  • kardiocərrahiyyə
  • qastroenterologiya
  • ginekologiya
  • urologiya
  • nevrologiya
  • dermatologiya
  • endokrinologiya, diabetologiya
  • otorinolarinqologiya
  • oftalmologiya
  • pulmonologiya
  • psixiatriya
  • revmatologiya
  • idman-tibbi, idman-sağlamlaşdırma mərkəzi
  • fizioterapiya, reabilitasiya