1-ci gün. Bakı
Aeroportda qarşılanma. Otelə transfer. Ekskursiya. “Bakınım qədim və müasir gəzməli-görməli yerləri”.
Teleqüllədən təqdim olunan şəhər mənzərəsi açıq şəkildə Bakının təzadları və miqyaslı haqqında təsəvvür yaradır. Şəhər Bakı buxtası ilə əhatə olunaraq, Xəzər dənizinə aşağı enən amfiteatr şəklində təqdim olunub. Tur şəhərin ən maraqlı tarixi və memarlıq abidələrini əhatə edir.
Ekskursiya. “Qədim şəhər” (İçəri Şəhər)
İçəri şəhərin ərazisi 22 hektardır. Bu, bütün Bakının ümumi sahəsinin kiçik bir hissəsini təşkil edir. Bununla belə, arxitektura və tarixi abidələrlə dolğunluq ayrı bir tur üçün ehtiyac olduqunu diktə edir və Bakının bu hissəsini bəlkə də ən maraqlı edir. Qız qalası (XII əsr), Şirvanşahlar sarayı(XV əsr), Sınıq Qala qalası, Karvansara, Cümə məscidi – bu heç də köhnə Bakının görməli mənzərələrinin tam bir siyahısı deyil.
2-ci gün. Bakı, Abşeron yarımadası
Atəşpərəstlər məbədinə ekskursiya
Abşeron yarımadasında yerləşən Azərbaycan bölgəsini Abşeron adlandırıllar. 3 tərəfdən dəniz ilə əhatə olunan bu region qızmar yayları və mülayim qışları ilə çimərlik istirahətini sevənlər üçün tam uyğundur. Regionun infrastrukturunun inkişafı: avtomobil yolları, otellər və müxtəlif kateqoriyalı istirahət zonaları, qumlu çimərliklər və beynəlxalq hava limanının mövcudluğu xarici və yerli qonaqları qarşılamaq üçün tam uyğun hesab olunur.
Çoxlu sayda nadir tarixi abidələr, o cümlədən kilsələr, qalalar, Orta əsrlərə aid qüllələr turistlərlə yanaşı yerli sakinlərin də marağına səbəb olur. Bunların arasında xüsusi ilə Suraxanı qəsəbəsində yerləşən Atəşpərəstlər məbədini qeyd etmək olar. Qədim din məsləkdaşları olan zərdüştlər üçün ibadət yeri və təbii qazın yer səthinə çıxdığı məkan olan Atəşpərəstlər məbədi qədim dini tikili hesab olunur. Bütün dünyadan olan zəvvarların dayandığı ayrı bir otaqlarda indi bir çox unikal orijinal eksponatları olan muzey yerləşir. Qeyd olunan məbəd Zərdüşti salnamələrinin bir hissəsidir və Əbədi məşələ olan dini ibadətin rəmzidir.
Qala Etnoqrafiya Qoruğu
Qala kəndini Bakıdan təqribən 40 dəqiqəlik yol ayırır. Keçmişdə onun haqqında az kimin məlumatı var idi, son illərdə isə bu kiçik kəndə olan maraq çox artıb. Səbəbi sadədir – kiminsə ağlına gəlib ki, arxeoloji qazıntıların yerində açıq səma altında muzey qurmaq olar. Muzeyin ərazisinə daxil olanda, özünü qədim dövrə düşmüş hesab edirsən. Tarixi əhəmiyyətə malik memarlıq abidələri təsdiq edir ki, bu yerlər qədim yaşayış məskənləri olub.
“Bayraməli hamamı” qədimdə “ Bəy hamamı” kimi tanınırdı. XII-XIV əsrlərə aid bu hamam 1881-ci ildə Bayraməli adlı bir şəxs tərəfindən təmir etdirilmişdir. Yüksək təpə üzərində yerləşən “Qum hamamına” uzun müddət diqqət yetirən yox idi. XII-XIV əsrlərə aid olan “Qum hamamı” arxeoloji qazıntılar zamanı aşkarlanıb. “Qum hamamın” belə adlandırılmasının səbəbi torpaq altında yerləşməsi idi. “Şor hamam” da xüsusi maraq doğurur.
Növbəti ekskursiya Məhəmmədi kəndində yerləşən “Yanardağa”dır. Artıq 2000 ildən artıqdır ki, bütün dünyadan olan səyahətçilər və tədqiqatçılar bu möcüzəli yerləri ziyarət edirlər.
3-cü gün. Bakı – Qobustan
Bakı ətrafında, Qobustanda, qədim insanların məskunlaşdığı yerlərdə muzey yerləşir. Burada indiki zamana kimi 10 min yaşı olan qayaüstü rəsmlər təsvir olunub. Bu rəsmlərin süjetləri – burada yaşayan insanların həyat tərzlərinin, bu yerlərdə nəsli kəsilmiş heyvanların yaşadığının sənədli sübutdur.
4-cü gün
Oteldə səhər yeməyi. Hava limanına yola salma. Turun sonu
Turun qiyməti
Qiymət USD
|
Turistlərin sayı |
SNG |
DBL |
2 nəfər |
$842 |
$721 |
4 nəfər |
$685 |
$564 |
6 nəfər |
$596 |
$474 |
8 nəfər |
$570 |
$448 |
10 nəfər |
$539 |
$418 |
12 nəfər |
$519 |
$397 |
15 nəfər |
$509 |
$387 |
20 nəfər |
$486 |
$364 |
25 nəfər |
$472 |
$351 |
30 nəfər |
$468 |
$346 |
35 nəfər |
$261 |
$339 |
40 nəfər |
$455 |
$334 |
45 nəfər |
$452 |
$330 |
Məbləğə daxildir:
oteldə, ikinəfərlik otaqda yerləşmə
nəqliyyat xidmətləri
ingilisdilli bələdçi
giriş biletləri
adambaşı 1litr su
oteldə səhər yeməyi
Məbləğə daxil deyil:
nahar və şam yeməyi
muzeylərə giriş biletləri
səyahət sığortası
Marşrut və xəritə
Gün |
Məkan |
Məsafə , km/ml |
Müddət, +/- tıxac |
1 gün |
Bakı |
— / — |
— |
2 gün |
Bakı və Abşeron |
70 / 43 |
50 dəqiqə |
3 gün |
Bakı-Qobustan |
60 / 38 |
40 dəqiqə |
4 gün |
Bakı– hava limanına yola salma |
30 / 19 |
5 saat |