1-ci gün
Barselonaya gəlib çatma. Oteldə yerləşmə. Asudə vaxt. Qotik kvartalı üzrə piyada ekskursiya: əsas Kafedral kilsə, Kraliça sarayı və Roma divarları, Müqəddəs Avqust məbədinin qalıqları və şəhərin canlı heykəltəraşlıq nümunələri ilə bol olan ən qarışıq küçəsi – Ramblas. “İspan kəndi” adlanan Katalon üslubunda inşa edilmiş muzeydə açıq səma altında şam yeməyi və musiqili “Möcüzəvi Fəvvarə” şousu.
2-ci gün
Səhər yeməyi. Şəhərin əsas abidələri, meydan və küçələrinə baş çəkərək ilkin ekskursiya: Qrasiya meydanı, Montjuik dağı, Kolumb heykəli, Saqrada Familiya kilsəsi, Port, Güel parkı. Asudə vaxt.
3-cü gün
Səhər yeməyi. Oteldən ayrılma. Montserrat ekskursiyası – Kataloniyada ən gözəl qaya abidələrindən biri. Burada dəniz səviyyəsindən 700 metr hündürlükdə benediktlilərin monastırında Kataloniyanın himayəçisi – «Qara Madonna»-nın möcüzəvi heykəli qorunub saxlanılır. Asudə vaxt.
Diqqət! Aviauçuş 2 nəfərlik kupe tipli gecə qatarı ilə əvəz oluna bilər.
4-cü gün
Səhər yeməyi. Aşağı büdcəli hava yolları ilə Parisə uçuş. Qarşılama və otelə transfer. Şəhər üzrə ilkin eksursiya: Trokadero və Konkord meydaları, Elisey düzləri, Triumfal tağ, Opera, Böyük bulvar, Site adası, Notr Dam kilsəsi. Asudə vaxt.
5-ci gün
Səhər yeməyi. Fransız və digər Avropa sənətkarlarının rəsm və heykəltəraşlıq nümunələri ilə zəngin olan, dünyanın ən böyük muzeyi Luvra ekskursiya. Asudə vaxt. Mulen Ruj* şəhərinin məşhur şou tamaşalarını izləmək imkanı (şampanla şou). Gecələmə.
6-cı gün
Səhər yeməyi. Mükəmməl gözəllik və dəbdəbəli bağları ilə kral XIV Lüdovikin hakimiyyəti dövründə məşhurlaşmış Versal* park-saray kompleksinə ekskursiya. Asudə vaxt.
7-ci gün
Səhər yeməyi. Oteldən ayrılma. Muzeylərə və şəhərin digər görməli yerlərinə baş çəkmək üçün asudə vaxt. Gecələmə.
Barselonaya qayıtmaq istəyənlər – səhər yeməyi istisna olmaqla 2 nəfərlik kupe tipli gecə qatarından istifadə edə bilərlər (əlavə ödəniş müqabilində)
8-ci gün
Səhər yeməyi. Aeroporta transfer. Turun sonu.
Turun qiyməti: 1580 AZN-dən başlayaraq
Qiymətə daxildir:
*səhər yeməyi daxil oteldə yerləşmə
*rusdilli bələdçi ilə ekskursiya (Barselonada 6 nəfərə qədər qrup ilə, Parisdə – fərdi)
*1 şam yeməyi
*Barselona-Paris aviabileti, bütün transferlər
*giriş biletləri
*tibbi sığorta
Qiymətə daxil deyil:
*aviauçuş
*viza
DİQQƏT:
TAM FƏRDİ XİDMƏT ÜÇAN ƏLAVƏ ÖDƏNİŞ + 200 AZN
Firmanın aviauçuşu 2 nəfərlik kupe tipli gecə qatarı ilə əvəzləməyə hüququ var.
1 gün öncədən səhər uçuşunu axşam uçuşu ilə əvəzləmək olar.
Fransız Rivyerasında əlavə istirahət (Nitsa)
3* otel – səhər yeməyi daxil gecəsi 65 AZN-dən
4* otel – səhər yeməyi daxil gecəsi 86 AZN-dən
5* otel – əsasında
Kosta-Brava sahilində əlavə istirahət (Lloret de Mar)
3* otel – yarımpansion şərti ilə gecəsi 45 AZN-dən
4* otel – yarımpansion şərti ilə gecəsi 55 AZN-dən
5* otel – sorğu əsasında