1-ci gün
Barselonaya gəlib çatma. Aeroportda qarşılama, otelə transfer və yerləşmə. Asudə vaxt. Tarixi e.ə. I əsrə çatan, şəhərin ən qədim rayonu olan Qotik kvartalda axşam gəzintisi. “İspan kəndi” adlanan Katalon üslubunda inşa edilmiş muzeydə açıq səma altında şam yeməyi və musiqili Möcüzəvi Fəvvarə şousu. Gecələmə.
2-ci gün
Səhər yeməyi. Kataloniya və İspaniya meydanları, Montjuik dağları, Kolumb heykəli, Port, Saqrada Familiya kilsəsi, Qrasiya meydanı, Güel parkı, Eşampl rayonuna ziyarət daxil olmaqla Barselonada ekskursiya. Asudə vaxt. Gecələmə.
3-cü gün
Səhər yeməyi. Oteldən ayrılma. Montserrat ekskursiyası – Kataloniyada ən gözəl qaya abidələrindən biri; burada dəniz səviyyəsindən 700 metr hündürlükdə benediktlilərin monastırında Kataloniyanın himayəçisi – «Qara Madonna»-nın möcüzəvi heykəli qorunub saxlanılır. Asudə vaxt. 2,5 saat ərzində limana transfer. 22:00-da Aralıq dənizi ilə İtaliyaya səyahət (daxili göyərtədə 2 nəfərlik kabina).
4-cü gün
Saat 18:00 üçün Çivittavekya dəniz limanına gəlib çatma. Romada otelə transfer və yerləşmə ( bələdçi müşayiəti olmadan). Asudə vaxt. Gecələmə.
5-ci gün
Səhər yeməyi. Forum* və Kolizey* daxil olmaqla qədim dövrlərin əsas görməli yerləri və antik abidələrinə şəhərdaxili ekskursiya. Asudə vaxt. Gecələmə.
6-cı gün
Səhər yeməyi. Oteldən ayrılma. Asudə vaxt. Gecə qatarı ilə Fransaya keçid (2 nəfərlik kupe). Əlavə ödəniş etməklə təyyarə ilə uçuş və Parisdə gecələmə də mümkündür (turu bronlaşdırarkən dəqiqləşdirməniz xahiş olunur).
7-ci gün
Parisə gəlib çatma. Otelə çatdırılma və yerləşmə. Notr-Dam, Otel Dye, Sen Şamepl kimi görməli yerləri seyr edərək, Site adası üzrə piyada ekskursiya. Asudə vaxt. Gecələmə.
8-ci gün
Səhər yeməyi. Ətraflı şəhər turu: Trokadero meydanı, Eyfel qülləsi, Elisey düzləri, Zəfər abidəsi, Qran-Opera, Böyük bulvar, Site adası, Notr-Dam kilsəsi. Asudə vaxt. Arzu edənlər Luvr muzeyini ziyarət edə bilərlər. Gecələmə.
9-cu gün
Səhər yeməyi. Asudə vaxt. Arzu edənlər Versala baş çəkə bilərlər. Gecələmə.
Barselonaya qayıtmaq istəyənlər – 10-cu gün üçün səhər yeməyi istisna olmaqla 2 nəfərlik kupe tipli gecə qatarından istifadə edə bilərlər (əlavə ödəniş müqabilində).
10-cu gün
Səhər yeməyi. Aeroporta transfer. Turun sonu.
Turun qiyməti – ikinəfərlik yerləşmə ilə adambaşı 2150 AZN
Qiymətə daxildir:
*9 gecə (2 gecə qatarda),
*səhər yeməkləri
*1 nahar və ya şam yeməyi
*bütün transferlər
*rusdilli bələdçi ilə ekskursiyalar
*giriş biletləri*
*proqramda qeyd olunan qatar və gəmi biletləri
*tibbi sığorta
Qiymətə daxil deyil:
*kilsə və muzeydaxili ekskursiyalar (proqramda qeyd olunanlar istisna olmaqla*)
*ictimai nəqliyyat
*aviabilet
*viza
DİQQƏT:
Xaricə görünüşlü salonda gediş üçün əlavə ödəniş tələb olunur – 45 AZN/nəfərə
Roma-Paris qatarında 4 nəfərlik kupeyə endirim tətbiq edilir- 45 AZN/nəfərə
Bu turda tam fərdi xidmət təmin edilir.