Inar Travel

Çili

Əhali 18006407 nəfər

Sahə 756096 km2

Rəsmi dil ispan

Turun qiyməti 1550

Çili Bu şərabçılıq təsərrüfatı 1883-cü ildə Pirke rayonunda don Melçor Konça i Toro tərəfindən qurulub və onilliklər boyunca əla şərablar ənənəsini qoruyub saxlamaqda müvəffəq olmuşdur. Sonradan o, qurucusunun həyat yoldaşı donya Emiliya Suberkozonun sahibliyinə keçib. O zaman məşhur fransız dizayner və peyzajist Qustav Renne burada park və ev salmışdır. İndiki zamanda onlar Santa Emilyana şərablarının etiketlərində əks olunur. Hazırda şərabçılıq təsərrüfatı və üzümlüklər 444 hektar ərazini əhatə edir və Mailoda, Rankaquada və San Fernandoda ən böyük Şardonne üzümlüyü hesab olunur.

SANTYAQO
PASXA ADASI

1-ci gün: SANTYAQO

Hava limanında qarşılama. Otelə transfer. Rus dilində şəhərə tur (5 saat). Biz səyahətimizə Santyaqonun əsas küçəsi sayılan Alameda Bernardo O’Hingisdən başlayırıq. Sonra Hökumət sarayını, La Monedanı ziyarət edirik. Məşhur Plaza de Armas meydanını, Santa-Lüsiya dağını, top-restoranları, eleqant mağazaları və müasir hündür binaları ilə Providensiyanı gəzirik.

2-ci gün: SANTYAQO — KONÇA-İ-TORO ÜZÜMLÜKLƏRİ

Səhər yeməyi. Mərkəzi vadidə ən iri və məşhur şərab istehsalı təsərrüfatlarından olan Konça-i-Toronu (Concha y Toro) ziyarət etmək üçün oteldən ayrılırıq.

Bu şərabçılıq təsərrüfatı 1883-cü ildə Pirke rayonunda don Melçor Konça i Toro tərəfindən qurulub və onilliklər boyunca əla şərablar ənənəsini qoruyub saxlamaqda müvəffəq olmuşdur. Sonradan o, qurucusunun həyat yoldaşı donya Emiliya Suberkozonun sahibliyinə keçib. O zaman məşhur fransız dizayner və peyzajist Qustav Renne burada park və ev salmışdır. İndiki zamanda onlar Santa Emilyana şərablarının etiketlərində əks olunur. Hazırda şərabçılıq təsərrüfatı və üzümlüklər 444 hektar ərazini əhatə edir və Mailoda, Rankaquada və San Fernandoda ən böyük Şardonne üzümlüyü hesab olunur.

Konça-i-Toroda istehsal olunan ən populyar markalardan biri kimi Kaberne Sovinyon Kazilyero del Dyablonu (Casillero del Diablo) göstərmək olar. Ekskursiya üzümlüklərə əla mənzərəsi olan Don-Melçor meydanından başlayır. Üzümlüyün yaxınlığında yüz ildən bəri üslubunu, bağlarını və gözəlliyini qoruyub saxlamış Konça-i-Toro ailəsinə məxsus köhnə ev yerləşir.

3-cü gün: SANTYAQO

Səhər yeməyi. Əlavə ödənişlə Vinya del Mar və Valparaisoya ekskursiya təklif edirik. Axşam Pasxa adasının Polineziya rəqsləri ilə folklor şousunun müşayiətində restoranda şam yeməyi. Otelə qayıdış.

4-cü gün: SANTYAQO — PASXA ADASI

Səhər yeməyi. Hava limanına transfer. Pasxa adasına uçuş.

Pasxa adası – Sakit okeanın cənub hissəsində vulkanik mənşəli adadır. Məhz bu ən yaxın insan məskənindən az qala 2,000 kilometr aralıqda yerləşən adada moai adlanan insan kəlləsi formasında daş heykəllər tapılmışdır.

Bu heykəllər adadakı daş karxanalarında hazırlanıb. Lakin hələ də məlum deyil ki, bu nəhəng abidələri ada boyunca necə daşıyıblar. Əfsanəyə əsasən, daşlar özləri yeriyirmişlər. Belə bir fikir var ki, Pasxa adası bir vaxtlar yüksək inkişaf etmiş sivilizasiyası olan batmış nəhəng qitənin bir hissəsidir. 3 ulduzlu Otai otelinə transfer. Oteldə yerləşmə.

5-ci gün: PASXA ADASI: Anakena

Səhər yeməyindən sonra ingilis dilində ekskursiya.

Ekskursiya 8 böyük moai heykəli yerləşən Axu Vaixuni ziyarətdən başlayır, sonra isə Axu Akaxanqaya doğru davam edir. Bu, 4 yıxılmış heykəli olan uzun daş sütundan ibarət nəhəng plitədir. Əfsanəyə görə, adanın ilk kralı olmuş Xoto Matuanın qəbri məhz bu yerdə yerləşir. Sonra siz Axu Tonqarikini ziyarət edəcəksiniz – bu, bütün tarixi boyunca adada tikilmiş ən böyük qəbir daşıdır. O, 1960-cı ildə sunami nəticəsində dağıdılmış və sonradan bərpa olunmuşdur. İndi onun üzərində bir sıraya düzülmüş 15 heykəl yerləşir. Əvvəllər adanın sakinləri əmin imişlər ki, moailər onları və onların torpaqlarını zalım ruhlardan qoruyurlar. İndiyə kimi heç kim anlaya bilmir ki, insanlar bu tipli abidələri necə hazırlaya biliblər. Heykəllərin əksəriyyəti tamamlanmamış şəkildə karxanalarda və yolların kənarlarında qalıblar. Onlardan bəziləri Rano Raraku vulkanının kraterinin dibində quruyub qalıblar, bəziləri isə vulkanın zirvəsindən kənara çıxır və sanki okeana üz tuturlar. Məhz vulkan bizim ekskursiyanın növbəti məntəqəsi olacaq. Onun kənarlarında tamamlanma işlərinin ən müxtəlif mərhələlərində olan 400-ə yaxın heykəl tapılıb. Sonra siz La Perous körfəzini və “Dünyanın göbəyi” adlandırılan Axu Te Pito Krunu ziyarət edəcəksiniz. Səyahət Anakena çimərliyini gəzməklə sona yetəcək. Rəvayətə görə, Xoto Matua məhz burada ilk dəfə sahilə çıxıb. Bu yerlərin əsrarəngiz təbiəti və gözəl qumu insanı valeh edir.

6-cı gün: PASXA ADASI: Orongo və Ahu Akivi

Səhər yeməyindən sonra ingilis dilində ekskursiya. Rano Kao vulkanına və Oronqo ayin kəndinə ekskursiya. Ekskursiya Rano Kao vulkanına qalxmaqla başlayır ki. Buradan bütün adaya – onun sahil xəttinə, vulkanlarına və Hanqa Roa qəsəbəsinə əla mənzərə açılır. Seyr meydançasında dayanacaq: buradan vulkanın su ilə dolu nəhəng krateri (diametri 1,5 km) və Oronqo ayin kəndi görünür. Bu kəndin ən görməli yerlərindən biri “quş-insanları” və Make-Make tanrısını əks etdirən çoxsaylı petroqliflərdir (sayları 480-ə çatır). Növbəti dayanacaq Ana Kai Tanqata mağarasıdır; bura qədim zamanlarda ada sakinlərinin gizləndiyi yer olub. Mağara divarlarında ada sakinlərinin müxtəlif rəsmləri həkk olunmuşdur.

Günün ikinci yarısında Ahu Akiviyə ekskursiya (3,5 saat). Bu platformada 7 moai heykəli qurulub – bunlar okeana tərəf baxan yeganə moailərdir. Bu platforma, Vilyam Mallunun fikrincə, 1460-cı ildə qurulub və 1960-cı ildə tamamilə bərpa edilib. Növbəti dayanacaq Ana Tepahu mağarasıdır. Bu ecazkar mənzərəli lava mağarası adanın qədim sakinlərinin gizləndiyi yer olub. Bu gün burada müxtəlif bitki növləri məskən salıblar. Ekskursiya Puna Pau karxanasındakı arxeoloji zonanın ziyarəti ilə davam edəcək. Burada vaxtilə Pukao Moainin papağı və saçları tapılıb. İrəlidəki dayanacaq Ahu Tahaidədir. Axu Akici yerli sakinlər üçün müqəddəs yerdir və həmçinin eramızın 1500-cü ilində tikilmiş astronomik rəsədxanadır. O, arxeoloqlar Uilyam Malla və Qonzalo Fiqeroa səyləri nəticəndə Pasxa adasında ciddi şəkildə bərpa olunmuş ilk məntəqədir. Otelə qayıdış.

7-ci gün: PASXA ADASI – SANTYAQO

Səhər yeməyi. Hava limanına transfer.

Santyaqoya uçuş. Moskva reysinə keçid.

Proqramın qiyməti — aviauçuş nəzərə alınmadan adambaşı 1550 AZN təşkil edir.