Misirin paytaxtı olan Qahirə şəhəri 969-cu ildə salınıb və əfsanəvi Memfisdən – Qədim Misir dövlətinin ilk paytaxtından bir qədər şimalda yerləşir.
Qahirə Afrika qitəsinin ən böyük şəhəridir; onun sərhədləri bizim günlərimizə qədər qorunub saxlanmış Giza ehramlarına – dünyanın yeddi möcüzəsindən birinə qədər gedib çıxır.
Əbədiliyin ruhunu özündə saxlayan heyrətamiz Sfinks və möcüzəli ehramlar Misirin simvolu və turizmin Məkkəsi sayılır.
Qahirə muzeyi Misir tarixi abidələrinin dünya üzrə əsas qorunub saxlandığı yerdir. Unikal eksponatların yaşı 2 min ildən artıqdır. Səfəriniz zamanı sizin ziyarət edəcəyiniz yerlər:
Misir ehramları. Misir ehramları kompleksinə 100-dən artıq abidə və bəşəriyyətə hələ də sirli qalan xeyli mağara və ehram daxildir. Onların arasında nəhəngləri və xırdaları, pilləliləri və hamarları, yaxşı qorunub saxlanılmış və hal-hazırda daş yığınına bənzərləri vardır. Ehramlara səyahət bunlardan ən böyüyünü — Xeops ehramını görməyə imkan verəcək. Bu ehram hələ də dünyanın ən nəhəng tikilisi olaraq qalır.
Luksor dünyanın ən böyük məbəd kompleksidir. Müasir Luksor antik mədəniyyətin mərkəzi sayılan qədim Fiva şəhərinin yerində yerləşir. Fivanı “100 qapılı şəhər” adlandırırdılar – bu, tarixi minilliklərə gedib çıxan şəhər o dərəcədə böyük idi. Fivaya aid ilk xatırlamaya eramızdan əvvəl III minilliyə aid yazılarda rast gəlinir. Eramızdan əvvəl XXI əsrdə Orta çarlıq dövründə Fiva Misirin paytaxtı olmuşdur.
Musa dağı (Sinay dağı) Sinay yarımadasında yerləşən dağdır. Məhz burada Musa peyğəmbər 40 günlük orucdan sonra Rəbbin əlindən ehkamları almışdır. Bu ehkamlar iki daş kitabəyə yazılmışdır. Musa dağına səyahət çox maraqlı və öyrədici səyahətdir. Səyahət zamanı aşağıdakı tövsiyələrə riayət etməniz məsləhət görülür:
İlk növbədə, yaşınızdan asılı olmayaraq, gücünüzdə əmin olun: 2-3 saat çəkən dağa dırmanma hər kəsin öhdəsindən gələ biləcəyi işdir. Sadəcə gücünüzü düzgün hesablayın və rahat geyinin, ayaqqabılarınızın rahat olmasına diqqət yetirin. İdman ayaqqabısı, mövsümarası dövrdə isə isti üst geyimi və kiçik bel çantası olsa pis olmaz; yayda isə yüngül gödəkcə, yaxud isti jaket götürməyiniz tövsiyə olunur; dağın zirvəsi yamacda olduğundan, burada hava daha sərin və küləklidir. Dağa dırmanma bir neçə hissəyə bölünüb və aralarında fasilələr nəzərdə tutulur. Birdən birə sürətli tempə keçməyin, zirvəyə qədər gücünüzü qoruyun. Bir dəqiqə deyil, sizə lazım olan vaxt boyunca istirahət edin. Öz qrupunuzdan geri qalmağa qorxmayın, zira dağa hər gecə yüzlərlə zəvvar qalxır. Sizdən aşağıda, cığırda özünüz sıra ilə düzülmüş fənər işıqlarını görəcəksiniz. Digər qruplardan olan italiyalılarla, yaxud almanlarla dağa birlikdə qalxsanız, heç nə olmaz. Onsuz da qrupunuz sizi yuxarıda qarşılayacaq. Heç bir vəchlə çox sürətli dırmanma tempi götürməyin. Bədəvilərdən icarəyə dəvə də götürmək olar. Çoxlu su için, rahat nəfəs alın. Uşaqlara və yaşlılara ürək-dirək verin – ilk çağa kimi rahatca zirvəyə çatacaqsınız. Yadda saxlayın ki, dağa dırmanmanın ən sonuncu hissəsi hamısından ağırdır – o vaxta kimi qüvvənizi qoruyun.
Aviauçuş nəzərə alınmadan turun qiyməti — adambaşı 500 AZN təşkil edir.