1-ci gün. San-Xose, Kosta-Rika.
Barceló San José Palacio
2-ci gün. San-Xose – vulkan Poas- vulkan Arenal
Vulkan kraterin diametri 1,5 km olan və dünyanın ən nəhəng qeyzerlərindən biri yelrəşdiyi Vulkan Poas Milli parkı, Kosta-Rikanın ən keyfiyyətli qəhvəsi bitən “Doka” qəhvə plantasiyası və kəpənək fermasına ziyarət. Ənənəvi Kosta-Rika naharı. Öz fəallığı ilə (vaxtaşırı lava və külün püskürmələri ilə) tanınan Arenal vulkanına səyahət. “Los Laqos” otelində yerləşmə.
3-cü gün. Vulkan Arenal Milli Parkı – Tabakon termal bulaqları
Arenal Milli Qoruğunda gəzinti. “Los Lagos” otelində nahar. Axşam Tabakon termal bulaqlarının ziyarəti (ölkədə ən yaxşı termal spa). Burada siz təbii hovuzlarda sağlamlaşdırıcı və rahatlayıcı vannalar qəbul edərək, Arenal vulkanının püskürmələrini (əlverişli şəraitdə) seyr edə bilərsiniz. Tabakonda şam yeməyi. “Los Laqos” otelində yerləşmə.
4-cü gün. Monteverde qoruğu
Nikoya körfəzinin gözəl mənzərəsini seyr edərək cığırlarla bir saatlıq gəzintidən və şəlalənin kristal sularında sərinlənmək imkanından yararlandıqdan sonra, biz sizə at belində turun başlanğıc nöqtəsində qayıtmağı təklif edirik. Burada sizi ənənəvi Kosta-Rika naharı gözləyir. Bundan sonra siz Monteverde otelinə səyahəti davam edəcəksiniz. Ficus/El Establo otelində yerləşmə. Oteldə şam yeməyi (s/n/ş).
5-ci gün. Monteverde- Manuel Antonio
“Selvatura asma körpüləri” ekskursiyası. Bu ekskursiyadan sonra Sakit okeanın mərkəzi sahilkənarına tərəf, Puntarenas qəsəbəsinə hərəkət edəcəyik. Bizim turumuz Rio Grande de Tarkoles çayının qırağında başlayır. İki saat ərzində siz real tropik “heyvanlar aləmində” olacaqsınız. Bundan əlavə, siz Guakalillo kanalına qədər axan Tarkoles çayı boyunca qayıqla gəzinti şansını əldə edəcəksiniz. Siz uzunluğu 4 metrə çatan nəhəng timsahları yaxın məsafədən görəcəksiniz. Gözünüzün önündə iquana və quşların (50 növə qədər, o cümlədən məşhur Ara quşu) möhtəşəm müxtəlifliyini seyr edəcəksiniz. Nahardan sonra Kosta-Rikanın mirvarisi hesab olan Manuel Antonio Milli parkının yaxınlığında yerləşən populyar Kepos şəhərinə səfər edəcəksiniz. “Karahe/Parador” otelində yerləşmə (s/n).
6-cı gün. Manuel Antonio Milli parkı
Səhər yeməyindən sonra sizi rütubətli tropik meşələrin ərazisində yerləşən Manuel Antonio Milli parkına səyahət gözləyir. Bu park tropik meşənin bitki örtüyünü, manqr cəngəlliklərini və sahilyanı çimərlik ərazisinin mərcan rifini əsrlər boyu qoruyub saxlayır. Burada Kosta-Rika cəngəlliklərinin heyvanlarının bütün növləri təqdim olunmuşdur: 109 növ südəmər heyvanlar (porsuq, ikibarmaqlı və üçbarmaqlı ərincəklər, kaputsin və bağıran meymunlar, yaquarlar və s.) və 184 növ quş (tukan, qutan, yaşıl suquzğunu, şahin, dəniz xoruzu və s.), bir çox kərtənkələ, ilan və həşərat növləri. “Karahe/Parador” otelində yerləşmə.(s)
7-ci gün. Manuel Antonio – San-Xose
8-ci gün. San-Xose – Hava limanı
Proqramın qiyməti- adambaşı 1350 AZN-dir.
Qiymətə daxildir:
Proqram üzrə oteldə yerləşmə, qidalanma, proqramda qeyd olunan transfer və ekskursiyalar, marşrut boyu rusdilli bələdçi, muzeyə və milli parklara giriş biletləri
Qiymətə daxil deyil:
Beynəlxalq aviauçuş, viza rüsumu