Inar Travel

Moskvada bir həftə

Əhali 146267288 nəfər

Sahə 17125407 km2

Rəsmi dil rus

Turun qiyməti 150

Moskvada bir həftə “Qədim Moskva” ekskursiyası. Şəhərin qədimi mərkəzinə piyada ekskursiya - Qırmızı və  Manej meydanları , Aleksandr bağına, İveriya darvazaları, sıfırıncı kilometr, İlyinka və Varvarka küçələrində gəzinti.  Qostinnı məhəlləsində yerləşən Arxeologiya muzeyinə ziyarət. Asudə vaxt. Hoteldə gecələmə. «Qədim Moskva» ekskursiyası. Arxeologiya muzeyinə baş çəkmə.

Moskva
Moskva
Moskva

GÜN 1 

“Qədim Moskva”. “İZMAİLOVO” hotelində sərbəst yerləşmə. 12:00-da bələdçi ilə görüş. “Qədim Moskva” ekskursiyası. Şəhərin qədimi mərkəzinə piyada ekskursiya – Qırmızı və  Manej meydanları , Aleksandr bağına, İveriya darvazaları, sıfırıncı kilometr, İlyinka və Varvarka küçələrində gəzinti.  Qostinnı məhəlləsində yerləşən Arxeologiya muzeyinə ziyarət. Asudə vaxt. Hoteldə gecələmə. «Qədim Moskva» ekskursiyası. Arxeologiya muzeyinə baş çəkmə

GÜN 2

Moskvanın tarixi və arxitekturası. Səhər yeməyi (bufet). Ekskursiya rəhbəri ilə görüş. Romanovlar sülaləsinin hakimiyyəti dövrünə, XVI-XVII  əsrlərin memarlıq  və arxitekturasına həsr olunmuş ”Moskva tarixi və arxitekturası” adında piyada ekskursiya. Kolomenskoye qoruq muzeyi, keçmişdə  çarın şəhərdən kənarda yerləşən malikanəsi, ”Sıtnıy dvor”  – XVII-XVIII  əsrə aid olan saray təsərrüfatı , I Pyotra aid olan evcik, İoan Predteça məbədi. Asudə vaxt. Hoteldə gecələmə. “Moskvanın tarixi və arxitekturası” ekskursiyası. Kolomenskoye muzey-qoruğuna baş çəkmə

GÜN 3

İkimərtəbəli avtobusda ekskursiya günü. Səhər yeməyi (bufet). Şəhərin mərkəzinə ikimərtəbəli avtobus ilə gün boyu səyahət. Şəhərin görməli yerləri ilə tanışlıq: “Bolşoy teatr”, Xilaskar İsa Məsih məbədi , “Manej” və s. Ekskursiyya boyunca 18 dayanacaq nöqtəsi nəzərdə tutulub; bununla belə istənilən dayanacaqda düşüb digər bir avtobus ilə ekskursiyanı davam etmək mümkündür. Şəhərin tarixi mərkəzinə ikimərtəbəli avtobusda ekskursiya

GÜN 4

Mosfilm. Səhər yeməyi (bufet). Moskva metropolitenində gəzinti – yeraltı şəhər boyunca  qeyri-adi gəzinti, metro tarixi haqqında məlumat, onun texniki mükəmməllikləri. Stansiyaların bir çoxu özündə mərmər sütunlu, heykəl, mozaika və şəbəkəli maraqlı işıqlandırılmış əsl  saray ehtiva edir. Asudə vaxt. Mosfilm kinostudiyasına ekskursiya (giriş biletinin dəyəri 150/80 rubl) – nəinki Rusiyanın, həmçinin Avropanın da ən böyük və ilk kinostudiyalarından birinə ekskursiya. Burada cürbəcür dekorasiya elementləri bir arada yığılmışdır; həmçinin kostyumlar, silahlar, müasir səsyazma studiyası, çəkiliş meydançası, qrim otaqları, retro avtomobillər kinostudiyanın gördüyü əsrarəngiz işdən söhbət açır. “Avtomobildən qorun” və “Brilyant əl” filmlərində istifadə olunmuş məşhur Volqa avtomobili, “Baharın 17 anı” filmində istifadə olunmuş 1938-ci ilin buraxılışı olan ünlü Mercedes-Benz minik avtomobili. Moskva metropoliteninə ekskursiya. Mosfilm kinostudiyasına giriş biletləri

GÜN 5

Kremlə ekskursiya. Səhər yeməyi (bufet). Kremlə ekskursiya.  Kreml – Rusiya dövlətçiliyinin simvolu, dünyanın ən böyük memarlıq ansambllarından  biri, tarixi təbərrüklər  ilə zəngin olan bir xəzinə, memarlıq və incəsənət abidəsidir. Saray ansamblına, kilsəyə, Çar Topu, Çar Zənginə baxış. Asudə vaxt. Kremlə ekskursiya.

GÜN 6

Arbat boyunca ekskursiya. Səhər yeməyi (bufet). Avtobus ilə Moskva boyunca ekskursiya: Qırmızı meydan, şəhərin mərkəzi küçələri, Vorobyov dağlarında baxış meydançasına, universitet binası, Poklonnaya zirvəsi, Baqration körpüsü və s. Arbat boyunca piyada ekskursiya. Arbat  Moskvanın vizit kartı hesab olunur. Bu şəhərin ilk piyada küçəsi və əsl  “suvenir prospektidir”. Burada Puşkin, Bunin, Pasternak və Bulat Okudcavanın əsərləri ilə rastlaşacaqsınız. Asudə vaxt. Moskva boyu avtobus ekskursiyası. Arbat boyunca piyada ekskursiya

GÜN 7

Tretyakov qalereyası. Səhər yeməyi (bufet). Hotel nömrələrinin boşaldılması. Otelin salonunda ekskursiya rəhbəri ilə görüş. Zamoskvoreçyeyə piyada gəzinti. Zamoskvoreçye – bura Kreml və Kitay-Şəhər ilə düz üzbəüz, Moskva çayının sağ sahilində yerləşir. XIV əsrdə bu ərazi Zareçye adlanırdı. Zamoskvoreçye qədim Moskvanın günümüzə qədər qalan nadir yerlərindən biridir. Buranın tarixi qədim rus mesenatlarının adları ilə bağlıdır – Tretyakovlar, Morozovlar, Baxruşinlər, Ryabuşinlər və s. Tretyakov qalereyasına ziyarət ( giriş haqqı – 250/100 rubl təşkil edir). Qalereyada XII-XVII əsrlərdə yaşayıb yaradan Yunan Foefan, Andrey Rublyov, Dionisiy, K.P. Bryullov kimi ikonayazarların və İ.N. Kramskoy, İ.E. Repin, V.İ. Surikov, İ.İ. Şişkin, V.M. Vasnetsov, İ.İ. Levitan, M.A. Vrubel və V.A. Serovun dünyaca məşhur əl işləri və rəsmləri təqdim olunmuşdur. Zamoskvoreçyeda piyada ekskursiya. Tretyakov Qalereyasına giriş biletləri

Proqramın qiyməti adambaşı 150 AZN təşkil edir. Aviabilet əlavə olaraq ödənilir.