1-ci gün.
Afina şəhərinə çatma. Hava limanında qarşılanma, transfer və şəhərin mərkəzində yerləşən oteldə yerləşmə.
2-ci gün.
Dünyanın ən qədim şəhərlərindən biri olan Afinada ekskursiya. Prezident sarayı, milli geyimdə olan Milli Qvardiya əsgərləri, ağ mərmərdən tikilmiş Olimpiya stadionu, Olimpiyalı Zevsin məbədi, Afina Universitetinin binası, Akademiya və Milli Kitabxana ilə tanış olacaqsız. Ekskursiyanın sonunda siz möhtəşəm məbədləri olan və Yunanıstanın mirvarisi hesab edilən qədim Akropolu ziyarət edəcəksiniz.
3-cü gün.
Delfiyə yola düşmə. Məşhur Parnas qayalığında yerləşən Delfi şəhərinə ekskursiya. Burada turistlər əfsanəvi Pifiyanın Tanrı Apolonun adından insanların talelərini dediyi ziyarətgahın qalıqlarını, Yer kürəsinin “göbəyini”, stadion, Kastal müalicəvi sularını ( əfsanəyə görə, bu sular cavanlaşdırma xüsusiyyətinə malikdir ) və arxeoloji muzeyi görəcəklər. Kalambakuya transfer. Oteldə yerləşmə.
4-cü gün.
Meteorada ekskursiya. Əlçatmaz qayalarda və münbit vadidə təbiət abidələri tək ucalan qədim monastırlara ziyarət (hal-hazırda yalnız iki monastır fəaliyyət göstərir). Lutraki şəhərinə yola düşmə, oteldə yerləşmə.
5-ci gün.
Oteldən yola düşmə. İlk Olimpiya oyunlarının Vətəni Olimpiya şəhəri üzrə ekskursiya. Olimpiyalı Zevs, Qera, müqəddəs sayılan Olimpiya stadionu və olimpiya məşəlinin yandırıldığı məkan ilə tanışlıq. Yunanıstanın üçüncü ən böyük şəhəri Patrıda yolüstü dayanacaq. Həvari Andrey kilsəsinə ziyarət. Lutraki şəhərinə qayıtma.
6-cı gün.
Pelopones yarımadasına yola düşmə. Birinci dayanacaq Korinf kanalında, Egey və İon dənizlərini birləşdirən XIX əsr möhtəşəm tikilisində olacaq. Epidavra ziyarət. Qədim zamanlarda burada Şəfa Tanrısı Asklepiyin (Eskulapın ) şəfa ziyarətgahı mövcud idi. Bu yer bir çox şəfa tapmaq istəyənlərin ziyarət yeri olmuşdur. Bu səbəbdən daha sonralar bu yerlərdə Artemida məbədi, Asklepiy məbədi, stadion və möhtəşəm akustika ilə məşhur olan qədim teatr tikilmişdir.
Arxeoloji muzeyə ziyarət. Qədim Mikenaya yola düşmə. Yol üstü Müstəqil Yunanıstanın birinci paytaxtı Nafplio şəhəri ilə tanışlıq Burada həmçinin orta əsrlərdən qalmış Palamid qəsri yerləşir. Mikenada arxeoloji məbədlərə baxıb və yüngül istirahətdən sonra qrup Lutrakiyə qayıdacaq.
7-ci gün.
Əlavə ödənişə müqabilində (€ 95 )günorta yeməyi və musiqi proqramı ilə Saroniya körfəzində yerləşən üç adaya (Egina, Hidra, Poros ) kruiz təşkil olunacaq.
8-ci gün.
Afinadan uçuş (və ya digər otelə keçid).
Proqramın qiyməti – adambaşı 600 AZN təşkil edir.
Qiymətə daxildir:
* Marşrut boyu qidalanma və yaşayış
* Proqram üzrə bütün transferlər
* Rus dilli bələdçi xidmətləri
* Tibbi sığorta
Qiymətə daxil deyil:
* Muzeylər və arxeoloji yerlərə giriş biletləri ( 18 yaşadək uşaqlar üçün giriş pulsuzdur).
Hal-hazırda marşrut üzrə biletlərin ümumi qiyməti təxminən 50 €.
* Aviabilet
* Viza