Inar Travel

Siciliya

Əhali 60795612 nəfər

Sahə 301340 km2

Rəsmi dil italyan

Turun qiyməti 600

Siciliya Avropada ən hündür vulkan (3340 m) və Siciliyada ən hündür dağ- Etna dağına səhər ekskursiyası. Bura İtaliyanın ən böyük qoruqlarından biridir. Səyahət zamanı qarşılaşacağınız landşaftın və bitki örtüyünün müxtəlifliyi sizi təəccübləndirəcək. Avtobus sizi təxminən 1900 m. hündürlüyə - Silvester Kraterlərinə aparacaq, daha uzağa isə arzuya görə əlavə ödəniş qarşılığında kanat yolu ilə və cipdə getmək olar. Geriyə yolda Vulkan torpağında bitən dağ üzümündən düzəldilmiş şərabı dadmaq və kiçik arıçılıq təsərrüfatını ziyarət etmək fürsəti verilir. Burada sizə balın necə düzəldildiyi göstərilib izah olunacaq; eləcə də siz dadlı Etna balının müxtəlif növlərini dada biləcəksiniz.

Siciliya
Siciliya

1-ci gün

Kataniya aeroportuna çatma. Gözləmə zalında rusdilli müşayiətçi sizi qarşılayacaqdır. Transfer (təxminən 1 saat) və Taormina ərazisində yerləşən oteldə yerləşmə. Asudə vaxt. Oteldə gecələmə.

2-ci gün

Oteldə səhər yeməyi. Asudə vaxt. Oteldə gecələmə. 3-cü gün. Oteldə səhər yeməyi. Müşayiətçi ilə görüş. Avropada ən hündür vulkan (3340 m) və Siciliyada ən hündür dağ- Etna dağına səhər ekskursiyası. Bura İtaliyanın ən böyük qoruqlarından biridir. Səyahət zamanı qarşılaşacağınız landşaftın və bitki örtüyünün müxtəlifliyi sizi təəccübləndirəcək .Avtobus sizi təxminən 1900 m. hündürlüyə – Silvester Kraterlərinə aparacaq, daha uzağa isə arzuya görə əlavə ödəniş qarşılığında kanat yolu ilə və cipdə getmək olar. Geriyə yolda Vulkan torpağında bitən dağ üzümündən düzəldilmiş şərabı dadmaq və kiçik arıçılıq təsərrüfatını ziyarət etmək fürsəti verilir. Burada sizə balın necə düzəldildiyi göstərilib izah olunacaq; eləcə də siz dadlı Etna balının müxtəlif növlərini dada biləcəksiniz. Otelə geri dönmə. Günün ikinci yarısında asudə vaxt. Oteldə gecələmə.

4-cü gün

Oteldə səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün əlavə ödəniş qarşılığında 1,5 saatlıq yolda, 120 km məsafədə yerləşən Sirakuzaya şəhər ekskursiyası təşkil olunur. Bələdçi ilə arxeoloji parka ekskursiya: Yunan teatrı, Roma amfiteatrı, “Dionisin qulağı” mağarası, Kordari mağarası (Kanatçılar kahası) və Ortiqiya adası (ödəniş – 57 avro).  Asudə vaxt. Otelə geri dönmə . Oteldə gecələmə

5-ci gün

Oteldə səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün əlavə ödəniş qarşılığında Palermoya və Monreala bələdçi ilə tematik ekskursiya təşkil olunur (təxmini məsafə 280 km, sanitar dayanacaqlar nəzərə alınmaqla yol müddəti təxmini 3,5 saat). Ərəb-Norman memarlıq abidələrinə ziyarət: minbərli məscid, Pretoriya meydanı, Kvattro Kant və, həmçinin Monrealda XII əsrin məşhur 6,000 km2 qızıl mozaika ilə bəzənmiş dini abidə ( qiymət – 59 avro). Otelə dönüş. Oteldə gecələmə

6-cı gün

Oteldə səhər yeməyi. Asudə vaxt və ya əlavə ödəniş qarşılığında Eol adalarına ekskursiya. Obsidian qumlu və kükürdlü palçıqlı çimərlikləri olan Lipari və Vulkano adalarına səyahət (qiymət – 68 avro). Otelə dönüş. Oteldə gecələmə.

7-ci gün

Oteldə səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün Aqridjento şəhərinə səyahət təşkil olunur – şəhərə məsafə 215 km., sanitar dayanacaqlar nəzərə alsaq yol müddəti – 3 saat . Bura məbədlər vadisi ilə məşhur olan yunan mənşəli şəhərdir. Ekskursiya zamanı Yunon, Konkordiya, Yupiter, Herkules, Kastor və Pollüks məbədlərinin ziyarəti nəzərdə tutulur. Arzu edənlər üçün “Sicilia Fashion Village Outlet ” – meydanları və fontanları və yüzlərlə məşhur dünya brendlərinin butikləri ilə dəbli şəhərcik.

8-ci gün

Oteldə səhər yeməyi. Kataniya aeroportuna gediş .Rusiyaya uçuş və ya gələcək istirahət üçün transfer (bronlaşdırmaya əsasən )

İstirahətlə kombinə edilir
– Siciliya adası, İonik dənizi sahili
– Siciliya adası, Tirren dənizi sahili
Proqramın qiyməti – ikili yerləşmədə bir şəxs üçün 600 AZN-dən başlayaraq.

Turun qiymətinə daxildir:
– Tibbi sığorta (30,000 avro dəyərində )
– 3* oteldə yaşayış
– Qidalanma
– Bütün marşrut boyu müşayiətçi xidmətləri
– Rahat avtobusda səyahət
– Etnaya ekskursiya

Əlavə ödənilir:
– Аviauçuş
– Viza xərci
– Kilsə və muzeylərə giriş biletləri
– Ekskursiyanı dinləmənin rahatlığı üçün qulaqcıqların icarəyə gətirilməsi
– Nahar zamanı içkilər
– Proqramda nəzərdə tutulmamış xidmətlər
– Əlavə ekskursiyalar (istəyə görə )